Sahibkarlar alıcıları da, vergini də aldadır
Tarix: 26-04-2016 | Saat: 15:24
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Təklif etdik ki, İqtisadiyyat, Maliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi və supermarket sahiblərinin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və birgə müzakirə ilə bu müraciətin kökü aydınlaşdırılsın.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov açıqlama verib. Onun sözlərinə görə, heç şübhə yoxdur ki, müraciətin altından imza atan supermarket sahibləri problemin kökünün əlavə dəyər vergisində olmadığını hər kəsdən yaxşı bilirlər:
“Supermarket sahibləri qiymətlərin yüksək olmasını və bu səbəbdən ticarət dövriyyəsinin getdikcə azaldığını əsas gətirərək, nəticə etibarilə iş yerlərinin ixtisara düşəcəyi və marketlərinin bağlanacağı ilə bağlı “həyəcan təbili çalırlar”. Onların manatın məzənnəsində baş verən kəskin dəyişikliklərdən sonra bəzi qiymətlərin artması səbəbindən ticarət dövriyyəsinin azaldığına dair məlumatları yanlışdır. Əksinə, bu dövrdə supermarketlərdə ticarət dövriyyəsi kifayət qədər artıb. İkincisi, supermarketlərdə əhaliyə satılan malların qanuniliyini təsdiq edən sənədlər mövcud olduğu tədqirdə həmin mallar üzrə ƏDV sıfır dərəcə ilə tətbiq olunur”.
F.Yusifov bildirib ki, müvafiq təsdiqedici sənədləri olmayan mallara ƏDV-ni sıfır dərəcə ilə tətbiq etmək mümkün deyil və vergi xidmətini buna təhrik etmək cəhdləri yanlış bir hərəkətdir:
“Malların son qiymətlərinə təsir edən digər qeyri-rəsmi və səmərəsiz xərclər araşdırılmalıdır. İlk növbədə market sahibləri bəzi malların mağazanın piştaxtasına neçənci vasitəçi tərəfindən gəlib düşdüyünün fərqində olmalıdırlar. Məlumatlara görə, bəzi məhsullar 2-ci, 3-cü, bəzən də daha çox vasitəçinin pəncəsindən çıxaraq mağazaların piştaxtalarına gətirilir. Bu isə o deməkdir ki, hər vasitəçi malın qiymətinə 8-10% əlavə edir və nəticə etibarilə məhsulun qiyməti əsassız olaraq şişir. Eyni qayda ilə məhsulun son qiymətinə digər neqativ məqamlar da az təsir etmir. Məsələnin kökünü bu istiqamətlərdə araşdırmaq lazımdır ki, market sahiblərinin bu müraciətinin nə qədər əsassız olduğu hər kəsə tam aydın olsun”.
Qeyd edək ki, aprelin 18-də iri supermarketlər şəbəkələrinin rəhbərləri İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək xahiş ediblər.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

12-08-2020, 11:25
Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı - EKSKLÜZİV
2-07-2015, 09:22
Bu suyu içirik: dəhşətli görüntülər - VİDEO
13-12-2018, 10:31
16 yaşlı qız itkin düşüb
4-10-2016, 21:38
İraqdan Türkiyə ilə bağlı skandal qərar
14-10-2021, 11:20
Məktəblər bağlanır? - Təhsil Nazirliyi RƏSMİ CAVAB VERDİ
17-02-2018, 12:13
DİN məlumat yaydı: Bakıda 4 maşın toqquşub – 2 ölü 2 yaralı
14-11-2015, 18:50
Azərbaycan filmində erotik səhnələr (VİDEO)
17-09-2021, 19:45
"Medical Plaza" da Məhsəti xanımın "qoçuluğu" - Könüllü döyüşçünün anası incidilir!
8-10-2016, 14:22
Pakistanın baş naziri Azərbaycana rəsmi səfərə gəlir
5-06-2021, 14:48
Rusiya və Türkiyə vətəndaşları hava yolu ilə Azərbaycana səfər edə biləcəklər - QAYDALAR