Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kilsənin qabağında diz çökmüşdüm...” - Fotolar
Tarix: 26-04-2016 | Saat: 15:11
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

“Kilsənin qabağında diz çökmüşdüm...” - Fotolar

Əməkdar artist Nübar Novruzovanın "Xəbəraz.az "a müsahibəsi

- Əvvəl filmlərdə sizi daha çox görürdük, indi isə aktrisaların əksəriyyəti seriallara axın edir...

- Azərbaycan serialları və aktyorları gözəldi. Getdikcə daha da yaxşılaşacaq. Bizdə olan aktyor potensialı heç bir yerdə yoxdur. Sadəcə təmtəraqlı filmlər texniki cəhətdən zəngindirlər. Bizim bayaq səhnədə oynadığmız “Ağ ölüm” tamaşasındakı aktyorlar harada var? Zülfiyyə, Manaf, Vüsal, Anar, Səbinə, Mehriban Hüseynova kimi istedadlı insanlar harada var? Teatrımızıda Elnur, İlham, Müşviq kimi gənc istedadlar var. Daha sonra Naibə Allahverdiyeva və Kəmalə Hüseynova kimi aktrisaları çox sevirəm. Gənc rejissorlarımız da yetişir. Rüstəm və Fərrux adlı rejissorlar var, onlar çox istedadlıdırlar. Müharibə şəraitində olan ölkəyik. Hər şeyi tənqid etmək də olmaz. Zamanla hər şey düzələcək.

“Qızım ağlayırdı, müəllimlərə şikayət edirdi...”

- Tənqid olmasa, inkişaf da olmur...

- Düzdü, tənqid etmək lazımdır. Sizə qızımdan misal çəkim. Məktəbdə oxuyan zaman ondan hər zaman yüksək qiymət tələb edirdim. Onlarda bal sistemidir. 90 bal alanda ona deyirdim ki, niyə 100 bal almamısan? Qızım ağlayırdı, müəllimlərə şikayət edirdi. Müəllimləri isə mənə deyirdi ki, qızdan nə istəyirsən? Topladığı bal 5 hesab olunur. Mən isə bununla razılaşmırdım. Onu çox sıxırdım və istədiyim nəticəni əldə edirdim. Qızım indi mənə deyir ki, ana, nə yaxşı ki, mənə qarşı belə addımlar atmısan. O vaxtı ilə söyləyirdi ki, necə pis anadır, məni belə şeylərə görə incidir. İndi isə dünyanın ən yaxşı anası olduğumu deyir. Onun indi xarici müəllimləri var. Fatiməyə deyirlər ki, səni tanıdıqca Azərbaycana qarşı hörmətimiz daha da artır. Bu nə deməkdir? Mənim kefim olmayanda bu sözləri qulağımda eşitməyə çalışıram. Qızımı heç yerdə tərifləmirəm, onun da belə şeylərdən xoşu gəlmir.



- Amma özünüz tərifi sevən aktrisaya oxşayırsız.

- Tərifi yox, həqiqəti eşitmək istəyən aktrisayam. Tənqidin, tərifin həqiqətini sevirəm. Yalançı tərif, tənqid mənlik deyil. Hər bir sənətdə belə şeylərlə rastlaşmaq mümkündür. Çox vaxt mənim yaşda insanı dəyişdirməyə çalışırlar. Mənim fikrimi heç kəs dəyişə bilməz. Öz fikrimdə qalıram, əlavə də 5-6 nəfərin rəyini öyrənirəm. Çoxluğun fikrini nəzərə almağa çalışıram, yekun qərarı özüm verirəm. Məsələn, sizə bir şey deyim. Məşq zamanı bəzən olur ki, rejissorla fikir ayrılıqlarımız olur. Amma sonunda rejissorun dediyini edirəm.

“Haqsızlıqları görəndə hayqırıram, heç kəsi görmək istəmirəm. Sakit bir yerə çəkilərək qışqırıram, ağlayıram”

- Heç real həyatda aktrisa kimi rola girmisiz?

- Baxın, həyatda heç bir zaman onu bacarmamışam. Amma çox istəyərdim, elə olsaydım bəxt ulduzum daha gözəl yanardı. Efir, həyat və tamaşada eyniyəm. Bu qədər təbii olmaq düzgün deyil, ancaq mən oynamağı bacarmıram. Elə şeylər var ki, içimdə qalır, yandırır. Haqsızlıqları görəndə hayqırıram, heç kəsi görmək istəmirəm. Sakit bir yerə çəkilərək qışqırıram, ağlayıram. O da nadir hallarda baş verir, vaxtım olmur. İçimdə qalır, alovlanır. Çox şeylərlə barışa bilmirəm. Çox duyğusal qadınam. Adamlar var ki, çox iradəlidir. Məni də güclü qadın kimi bilirlər. Deyirlər ki, çox iradəli xanımsan. Amma mən özümü zəif hesab edirəm, güzsüzəm. Ona görə də, tez küsürəm.



“Sistem vurdular, anam şoka düşdü, insult oldu”

- Ananızın səhhətində problemlərin yarandığını eşitdik. Sağlamlığı necədir?

- Anam xəstədi, ağrıyır. Təcili yardım maşını çağırdıq, gəlib iynə vurdular. Sonra dedim ki, səni həkimə göstərməliyik. Razılaşmırdı, bir-iki xeyir iş olmalıdır. Bu səbədən istəmirdi. Mən məcbur elədim, həkimə getdik. Dedilər ki, ciyərinə su yığılıb. Daha sonra isə sistem vurdular, anam şoka düşdü. İnsult oldu, reanimasiyaya yerləşdirdilər. Mənim anam mələk kimi bir qadın idi, gəlinimiz deyirdi ki, mənim qayınanam elə bir göydən zənbillə mələk kimi düşüb. Gəlin o qədər ağlayır ki... Əsl mələkdi ( ağlayır).

- Aktrisaların əksəriyyəti aldığı qonorar və maaşlardan gileylənir, borclarının olduğunu söyləyir...

- Banka kreditlərim var. Məni psixoloji duruma elə bu məsələ salır. Həm dollarla, həm də manatla kreditim var. Müalicə üçün lazım idi. Məni sınmış və yıxılmış insan kimi tanımaqlarını istəmirəm.

“Kilsənin qabağında diz çökmüşdüm...”

- Bir neçə il bundan əvvəl TRT Avaz Azərbaycanla bağlı reportaj hazırlamışdı. Onlar sizi kilsədə görüntüləmiş, açıqlama almışdı. Kilsəyə tez-tez gedirsiz?

- Hə, kilsənin qabağında diz çökmüşdüm. Mən müsəlman qadınam, dinimə etiqad edirəm. Namaz və orucumda yerindədi. Kilsəyə də gedirdim. Allahımız birdir, ən vacibi Allahdır, onun qarşısında təmiz olmaqdır. Kilsə də, məscid də Allahın evidir. O vaxt yuxu görmüşdüm, getmişdim.



- Rəfiqələrinizlə hər şeyi bölüşürsüz?

- Vaxtı ilə rəfiqələr qazanmışam. Mənim üçün dostluq tamam başqa bir şeydir. Dostluq edərəm, amma sirdaşlıq etmərəm. Ümumiyyətlə, bu yaşdan sonra heç kəslə dərdləşməyəsən. Özüm-özümə bu qadağanı qoymuşam. Belə böyük bir sirrim yoxdur. Amma elə şeylər var ki, içimi ağrıdır. İçimdə danışa bilməyəcəyim çox şeylər var. Bəlkə də, içimdə olanlar özüm üçün böyük bir problemdir. Başqa insanlar üçün bu şeylər adi ola bilər.

Hər kəsi bir şey ağrıdır. Cılız və adi şeylərə görə ağlayan biri deyiləm. O qədər şeylərin üstündən keçirəm, bağışlayıram. Mənə pislik edənə yaxşılıqla cavab verirəm. Mənim pis xüsusiyyətim var ki, çox emosionalam.

“Arxasında kimlərsə dayanır, əl tutur, qabağa çəkir...”

- Bir çox tamaşalarda baş rolların ifaçısı olmusuz. Bu səbəbdən həmkarlarınız sizi qısqanmır?

- Mən həm cavanlığımda, həm də indi öz zəhmətimlə hər şeyi əldə etmişəm, edirəm. Elə insanlar var ki, arxasında kimlərsə dayanır, əl tutur, qabağa çəkir. Mən də isə bu cür şeylər olmayıb. İndi də cırmaqlayaraq addımlarımızı atırıq.


“Kilsənin qabağında diz çökmüşdüm...” - Fotolar
“Kilsənin qabağında diz çökmüşdüm...” - Fotolar
“Kilsənin qabağında diz çökmüşdüm...” - Fotolar
“Kilsənin qabağında diz çökmüşdüm...” - Fotolar



Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___