Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hər gün meyit gəlir: Bakı hücuma keçsə... – Erməni KİV
Tarix: 26-04-2016 | Saat: 14:54
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Hər gün meyit gəlir: Bakı hücuma keçsə... – Erməni KİV

Vəziyyət mürəkkəbdir və sonun yaxın olduğu istisna deyil. Ermənistan dördgünlük müharibədən sonra reallığı anlamağa başladı. Qarabağ münaqişəsi hazırkı geosiyasi reallıqda həll edilməmiş qala bilməz.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ermənistanın “Lragir.am” portalının analitik yazısında qeyd olunur. Azərbaycanın torpaqların qaytarılması üçün hücuma keçə biləcəyindən barahat olan müəllif qeyd edir ki, Dördgünlük müharibə zamanı İrəvan müttəfiqsiz qaldı və çətin vəziyyətə düşdü:

“Dünən Ermənistan XİN-in açıqlamasından bəlli oldu ki, rəsmi Bakı BMT Təhlükəsizlik Şurasına məktub göndərib və Ermənistanın əməl etməməsinə görə, 1994-cü ildə imzalanmış atəşkəsdən geri çəkilir (BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal altında saxladığı torpaqlardan dərhal və qeyd-şərtsiz çıxması barədə 4 qətnamə icra olunmadığından, Azərbaycanın bu qətnamələrin tələblərinin Ermənistana məcburi icrasını öz üzərinə götürmək istəməsi nəzərdə tutulur – red.). Demək olar ki, hər gün cəbhədən erməni əsgərlərin meyiti gəlir.

Rusiya son hadisələr zamanı nəyəsə qarant vermək iqtidarında olmadığını sübut etdi. Medvedyev Bakıda münaqişənin iki həlli olduğunu bildirdi. Onun sözlərinə görə, ya hər şey indiki kimi qalacaq, ya da müharibə olacaq. O, ağzından söz qaçırtdı ki, ikincinin tərəfdarıdır.

Sərkisyanın özü də yeni genişmiqyaslı hərbi əməliyyatları istisna etmədi. Əgər dünya gücləri rəsmi Bakını dayandırmaq istəməsələr və iki ölkəyə sərhədlərini müəyyən etməyə vaxt versələr, Azərbaycan işini görəcək. Görəsən, bu iş üçün beynəlxalq güclər Azərbaycana neçə gün verəcək?”


Xəbəri paylaş

1 1648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___