Qaqarinin əkdiyi ağacı Kosmonavtika günündə kəsdilər
Tarix: 26-04-2016 | Saat: 13:31
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
“Sadəcə kiməsə mane oldu”.
Soçidə ictimai təftiş iştirakçıları yarıməsrlik sidr ağacının kəsildiyini aşkar ediblər.
"Xəbəraz.az " “Kavkazski uzel”ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ağac 2016-cı ilin aprelin 12-də Kosmonavtika günündə kəsilib.
Yerli sakinlərin sözlərinə görə, bu sidr ağacını 1916-ci ilin may ayının 15-də Yer kürəsinin ilk kosmonavtı Yuri Qaqarin əkib.
Əvvəllər küçə “Orexovaya alleya” adlanırdı, sidr ağacları əkildikdən sonra küçə Qaqarinin adını daşımağa başladı.
“Qaqarinsk” Ərazi ictimai özünü idarənin sədri İqor Vinoqradskinin sözlərinə görə, fəhlələrə ağac kəsiminə icazəni şəhər meşə-park təsərrüfatı idarəsinin direktoru Andrey Terexov verib. Səbəb isə ağacın evin üstünə aşması təhlükəsinin olmasıdır.
“Bu sidr Soçidə neçə qasırğaya dözüb. Köklərinə baxdıqda da heç bir mayillik olmadığı aydın görünür. Düz dayanmışdı. Sadəcə növbəti köşk açmaq üçün kiməsə mane olurdu, ona görə də qurban getdi”, - Coğrafiya cəmiyyətinin üzvü Alla Yusupova deyib.
Xəbəri paylaş
6468 dəfə oxunub.
Digər xəbərlər

31-01-2019, 13:37
Azərbaycanda toyuğun çəkisi süni şəkildə artırılır
16-10-2015, 13:18
Türkiyə üçün yeni qorxunc terror iddiası
13-04-2022, 10:34
Toyuq dönərlərinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA - VİDEO
24-03-2015, 21:49
Borclarımız arta bilər
25-04-2018, 21:08
“WhatsApp” bu şəxslərə qadağa qoyacaq - Yeni qanun qüvvəyə minir
6-04-2016, 12:48
Saakaşvilidən Azərbaycana növbəti dəstək - VİDEO
11-07-2023, 15:02
Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİLƏR - RƏSMİ
3-04-2023, 11:55
Mayda bu tarixlərdə iş olmayacaq
23-09-2017, 10:32
Efirdə dava düşdü, Elgiz verilişdən uzaqlaşdırıldı