Cəbhədə atışma: üç erməni əsgəri məhv edildi
Tarix: 26-04-2016 | Saat: 13:10
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ermənistan ordusunun iki əsgəri məhv edilib.
Bu barədə informasiyanı Qarabağ separatçıları yayıb. Hər iki şəxs Ermənistan ordusunun atəşkəsi pozmasından sonra Azərbaycanın Ordusunun açdığı atəş nəticəsində ölüb. Onların 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan olduğu bildirilib. Hər iki hərbçi muzdludur.
***
Bu gün gecə saatlarında Ermənistanda İcevandakı hərbi hissələrdən birinin kazarmasında həqiqi hərbi xidmətə çağırılan Ohanes Petrosyanın meyiti aşkar edilib.
Report xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, əsgər başından güllə yarası alıb.
Ohanes Petrosyanın ölümünün səbəbi araşdırılır.
Qeyd edək ki, dünən erməni hərbi birləşmələri atəşkəs rejimini 113 dəfə pozub. Ermənilər həmçinin dünən saat 01.05-dən başlayaraq 04.25-ədək Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi isə bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin daşıyacağını bildirib.
Xəbəri paylaş
6478 dəfə oxunub.
Digər xəbərlər

26-10-2020, 22:40
İbrahim Kalın ABŞ rəsmisi ilə Qarabağ problemini müzakirə edib
1-04-2016, 12:35
«AzTV işi» başlandı
9-04-2015, 21:28
İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Anbar əyalətində 300 nəfəri edam edib.
10-03-2016, 16:26
Azərbaycanda polis qadını ölümdən xilas etdi
24-03-2015, 22:42
Emil Süleymanovdan GÖZƏL ŞER
13-12-2016, 15:44
Zabrat gölü daşdı: Evləri su basıb-FOTOLAR
2-05-2016, 15:05
Qazaxıstanın reytinqi aşağı salındı
22-06-2021, 14:42
2000 metr yüksəklikdə əxlaqsızlıq etdilər - Kimsənin görmədiyini düşünürdülər, amma... - FOTO
24-12-2016, 01:57
Goranboyda şəhid ailəsinin evini yardılar - FOTO
8-09-2016, 11:10
Erməni nazirdən ədəbsizlik - FOTO