Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prinsin albomlarının satışı ölümündən sonra 42 000 faiz artıb
Tarix: 25-04-2016 | Saat: 16:28
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Prinsin albomlarının satışı ölümündən sonra 42 000 faiz artıb
Amerikalı məşhur müğənni Prinsin ölümündən sonrakı üç gün ərzində satılan albomlarının sayı faciəvi hadisədən əvvəlki üç günlə müqayisədə 42 000% çox olub.

"Report" xəbər verir ki, bu barədə "Nielsen Music" şirkətinə istinadən "USA Today" qəzeti məlumat verib.

"Nielsen Music" şirkətinin nümayəndəsi Fren Körtisin verdiyi məlumata görə, ölümündən sonrakı üç gün ərzində məşhur müğənninin dünya üzrə 579 min albomu satılıbsa, onun dünyasını dəyişdiyi andan əvvəlki üç gün ərzində cəmi 1 400 nüsxə albomu satılmışdı.
Şirkətin məlumatlarına əsasən, mərhum musiqiçinin fanatları daha çox Prinsin hitlər kolleksiyası və onun iştirakı ilə çəkilən "Purple Rain" filminin saundtreki ilə maraqlanıb.

Qeyd edək ki, məşhur amerikalı müğənni, gitaraçı, bəstəkar və mahnıların sözlərinin müəllifi olan Prins aprelin 21-də 57 yaşında vəfat edib. O, dəfələrlə "Qremmi", "Oskar" və "Qızıl qlobus" mükafatlarının qalibi olub. 2005-ci ildə isə mərhum müğənninin adı "Rok-n-Roll"un Şərəf zalına daxil edilib.


Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___