Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Azərbaycanlı anaların oğulcanlı olması - Qız paltarlarına da təsir edir
Tarix: 24-04-2016 | Saat: 19:42
Bölmə:K, Elan Ver, M2 | çapa göndər

Azərbaycanlı anaların oğulcanlı olması - Qız paltarlarına da təsir edir

Ailələrin selektiv yolla övlad sahibi olması və əksər ailələrdə birdən artıq qız uşağından imtina edilməsi o qədər geniş hal alıb ki, vizual olaraq da bu durumun inikasını məktəbdə, uşaq bağçalarında, hətta uşaq paltarları satılan mağazalarda da görmək mümkündür. Məktəb və bağçada parta sıralarında qız uşaqlarının sayı getdikcə azalır. Azyaşlılara məxsus əyləncə məkanlarında da oğlan uşaqlarının qızlara nisbəti gözə çarpacaq dərəcədədir.

"Xəbəraz.az ""Yeni Müsavat"ın bu barədə hazırladığı reportajı təqdim edir:

Bənzər durum özünü uşaq paltarlarının satıldığı bazarlarda da göstərir. Söhbət brend uşaq mağazalarından yox, daha çox əhalinin orta və kasıb təbəqəsinin müraciət etdikləri ticarət mərkəzlərindən gedir. İlk baxışdan onu demək olar ki, satışda oğlan uşaqları üçün olan paltarlar daha keyfiyyətli və daha bahalıdır. Əgər hər hansı bir paltar dəstindən oğlanlar üçün onlarla çeşid varsa, qız uşaqları üçün bu çeşid çox azdır və seçim imkanı məhduddur. Oğlanlar üçün olan “troyka”lardan qız uşaqları üçün tapmaq müşkül məsələdir. Eyni zamanda qiymət fərqi də ortadadır. Qız uşaqları üçün satılan ən gözəl ziyafət donunu 20 manata almaq mümkündürsə, gündəlik geyim üçün olan eyni səviyyəli oğlan paltarları 35-40 manatdır. Oğlan uşaqları üçün olan köynəklər 15 manata, eyni modeldən olan qız köynəkləri isə 6-7 manatadır. Ayaqqabı seçimi də həmçinin... Vitrində oğlan uşaqları üçün 50-dən çox ayaqqabı çeşidi təklif olunursa, qız uşaqları üçün 5-6 çeşid təklif olunur.

Satıcılar isə bunun səbəbini Azərbaycan mentaliteti və cəmiyyətdə qadınlara, qız uşaqlarına olan münasibətlə əlaqələndirirlər.

Azərbaycanlı anaların oğulcanlı olması - Qız paltarlarına da təsir edir
Zərifə adlı satıcı qadın deyir ki, Azərbaycan ailəsi oğulcanlıdır, oğlan övladlarını daha çox istəyirlər, onlara daha həvəslə pul xərcləyirlər. Qız uşağı üçün isə eyni canfəşanlığı edən ailə çətin tapılar. Qız paltarına tələbat az olduğundan həm çeşid azdır, həm də qiyməti ucuzdur.

“Diqlas” ticarət mərkəzində çalışan satıcı deyir ki, müştərilərinin əksəriyyəti rayon camaatıdır və onların təfəkkürü övladlar arasında ayrı-seçkilik salmağa, oğlan uşağına üstünlük verməyə meyllidir: “Hətta özlərinə belə etiraf etməkdən çəkinsələr də, valideynlərin əksəriyyətinin davranışında bu hiss olunur. Ümumiyyətlə, qız paltarına tələbat azdır. Ona görə, hətta qiymətini də bir qədər aşağı qoyuruq ki, satılsın, əlimizdə qalmasın. Oyuncaqlar da həmçinin. Oğlan uşaqları üçün olan oyuncaqlar daha tez satılır. Qiyməti nə olursa-olsun alırlar. Yəni, azərbaycan ailələrində oğlan uşaqlarına daha çox pul xərclənir”.



4 yaşlı qızı ilə bazara paltar almağa gələn Aysel adlı alıcı da deyir ki, qızına paltar, xüsusən də ayaqqabı tapmaqda çətinlik çəkir: “Bilirəm, əksər brend mağazalarda hər növ ayaqqabı var. Lakin oradan paltar almağa imkanım yoxdur. Sadə bir ayaqqabı brend mağazalarda 50-60 manatdır. Halbuki mən bu pulla qızıma iki dəst paltarlarına ala bilərəm. Ancaq burada da seçim azdır. Oğlan uşaqları üçün olan paltarlar daha keyfiyyətli, daha yaxşıdır. Qız paltarlarında çeşid azdır. Niyə belə olduğunu bilmirəm”.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da “Yeni Müsavat” açıqlamasında təsdiqlədi ki, artıq yeni doğulan oğlan uşaqları ilə qız uşaqlarının say nisbətində kəskin fərq var: “Sizin müşahidələriniz çox doğrudur. Bu müşahidə bir faktı da təsdiq edir ki, selektiv abortlarla bağlı həm QHT-lər, həm beynəlxalq təşkilatlar, həm də hökumətin özü ciddi siqnallar verirlər ki, son vaxtlar ölkədə qız uşaqlarının sayı azalıb. Artıq neçə ildir ki, faiz hesabı ilə qadınlar ölkə əhalisi arasında azlıq təşkil edir. Əgər əvvəllər ölkə əhalisinin 51 faizini qadınlar təşkil edirdilərsə, sonradan bu 47 faizə endi və kişilər çoxlu təşkil etməyə başladılar. Bu rəqəmlər də qeyd etdiyiniz faktın öz təsdiqin tapdığını ifadə edir. Qız uşaqları üçün paltarlara tələbatın az olması qeyd etdiyimiz məsələnin iqtisadi tərəfini formalaşdırır. Yəni, bu həm də tələb və təklif məsələsidir. Qız uşaqlarının sayı azalıbsa, deməli tələb də azalıb. Əgər qız uşaqlarının sayı çox olsaydı və bazarda qız paltarlarına tələbat artsaydı, o zaman biznesmenlər daha çox qız paltarı gətirərdilər və daha baha olardı”.

Mehriban Zeynalovanın sözlərinə görə, problemin kökü selektiv abortlarda deyil, cəmiyyətdə və ailədə qadına olan münasibətdədir: “Bunun qarşısını almaq üçün Milli Məclis səviyyəsində də müzakirələr aparıldı. Əvvəlcə abortun ləğvi məsələsi qoyuldu. Lakin qadağalarla problem həll olunmayacaq. Problem qadına və qız uşaqlarına olan münasibətdədir və bu münasibət köklü şəkildə dəyişməlidir. Dövlət qadın siyasətinin konsepsiyası dəyişməlidir. Qanunvericilikdə qadın hüquqları, bərabər hüquq məsələsi öz əksini tapsa da, defakto qadınların stimullaşdırılması dəstəklənməsi, irəli çəkilməsi, təhsildə və işdə qadın əməyinin qiymətləndirilməsi həyata keçirilmir. Cəmiyyət olaraq, biz köhnə stereotiplərə qayıdırıq və qadın haqqında onu aşağılayan, onu dəyərdən salan informasiyalara rast gəlirik. Bu siyasət və bu münasibət dəyişməyincə, ailədə qız uşaqlarına kəm münasibət, selektiv abortlar, qızların arzu olunmaması gündəmdə qalacaq”.

Ekspertin sözlərində də aydın görünür ki, artıq ölkəmizdə selektiv doğumlar, oğlan uşaqlarına üstünlük verilməsi, qız uşaqlarının abort edilməsi ailə planlaması olmaqdan çıxıb və cəmiyyətin probleminə çevrilib. Bu durumun fəsadlarının nə olacağı isə yəqin ki, qarşıdakı 15-20 ildə daha kəskin hiss olunacaq.



2858 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___