Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

EHTİYATLI OLUN: allergiya uşağı öldürə də bilər
Tarix: 22-04-2016 | Saat: 15:38
Bölmə:K, Elan Ver, M2 | çapa göndər


EHTİYATLI OLUN: allergiya uşağı öldürə də bilər
Yaz mövsümü gələr-gəlməz bir çox xəstəliklər də təbiətlə birlikdə oyanır sanki. Bunlardan biri də allergiyadır. Mövsüm keçidləri, tozlanma, hava dəyişikliyi və s. kimi hallar allergiya problemini qıcıqlandıran faktorlar sırasındadır. Çox zamansa allergiya qriplə dəyişik salınır. Hər ikisində asqırma halı müşahidə olunduğu üçün bunları bir-birindən fərqləndirmək asan olmur.

Bununla bağlı Aile.lent.az-a danışan pediatr Vaqif Qarayev qriplə allergiyanın bir-birinə aidiyyatı olmadığını vurğulayır: “Tibbi dildə allergik rinit deyilən bir hal var. Allergik rinit həm ayrıca xəstəlik şəklində ola bilər, həm müxtəlif allergik reaksiyaların nəticəsi kimi burun tutulması, asqırma müşahidə edilə bilər. Allergiya zamanı hər hansı allergik faktor burnun selikli qişasına təsir edir və burun tutulur. Daim burnu tutulan, hər zaman əllərində salfet olan insanlara tez-tez rast gəlirik. Son vaxtlarsa allergik problemlər uşaqlar arasında həddən artıq çoxalıb. Buna səbəb iki faktordur: ekoloji və qida faktoru. Dəfələrlə deyirəm ki, mağazalardan uşaqlara heç nə alıb verməyin. Bunların həm allergik təsiri var, həm də son vaxtlar aktual olan daha bir problem, mədə-bağırsaq sistemində pozuntulara gətirib çıxarır”.

Allergiyanın daha bir əlaməti səpkilərdir. Uşağın bədəninin müxtəlif yerlərinin qəfil səpdiyini deyən valideynlər bunun səbəbini də aydınlaşdıra bilmirlər. Bədənin məhdudlaşdırılmış sahəsində iri köpükcüklər qaşıntılarla müşahidə olunur və bəzən heç nədən keçib gedir. Məsələn, uşağın qarın (bel, üz və s.) hissəsi axşam səpir, səhər isə bu səpkidən əsər-aləmət qalmır. Pediatr bildirir ki, bu, səpkinin allergiyaya oxşamasına işarədir: “Bu səpkinin mahiyyətini, səbəbini, adını yalnız həkim deyə bilər. Analar bunu heç vaxt təyin edə bilməz. Xüsusən körpə uşaqlarda səpki yaranırsa, mütləq həkimə müraciət olunmalıdır. Çünki allergiya hallarında səbəb bilinmirsə, ona kömək etmək çətindir. Çox zaman allergiya əleyhinə dərmanlar yazılır, bir az kömək edir. Amma o səbəb aradan götürülməyibsə, allergiya halı tez-gec təkrarlanacaq. Tutaq ki, uşaq naringidən səpib, dərmanın köməyi ilə səpki solacaq. Lakin hər dəfə naringi yediyi halda səpki heç vaxt tamamilə keçib getməyəcək”.


Bir çox hallarda isə allergiyanın yaranması üçün heç bir səbəb olmur. V. Qarayev bu halda problemin səbəbinin daxili orqanlarla bağlı olduğunu deyir. Çünki mədə-bağırsaq sistemi, həzm prosesinin müxtəlif səbəblərdən pozulması nəticəsində allergiya baş qaldırır: “Ona görə də mağazalarda satılan çipsilər, şirələr, paketləşdirilmiş müxtəlif qidalar, şirniyyatlar, kulinariya məhsulları əksər hallarda allergiya yaradır. Mədə-bağırsaq, həzm sisteminin pozulmasının ikinci səbəbi qurdlardır. Səbəbləri dəqiq aydınlaşdırmaq üçün isə mütləq həkimə müraciət olunmalıdır. Əgər sorğu-sualla səbəb məlum olmursa, analiz və müayinələr edilir”.


Həkim asqırmanın da allergiya əlaməti olduğunu qeyd edir. Bu isə özü ayrı bir xəstəlikdir. Daha çox da yaz aylarında iyə qarşı həssas olan insanlar asqırmağa başlayırlar. Burada sadəcə hər hansı bir iy allergik faktor olaraq həmin insana təsir edir: “Allergiya həm çox sadə, həm də mürəkkəb problemdir. Səbəbi məlum olanda ona qarşı mübarizə aparmaq asandır. Burada fərdilik məqamına da diqqət etmək lazımdır. Məsələn, 5 uşaqda yumurtadan allergiya var, eyni dərmanla müdaxilə edilir, 4-ə təsir edir, 1-ə yox. Ümumiyyətlə, analar övladlarına özbaşına və ya aptekdəki satıcıların məsləhəti ilə dərman verməməlidirlər. Çünki hətta elə allergik xəstələr var ki, onlara allergiya əleyhinə olan dərmanlar belə, allergiya verir. Xüsusən də indiki mənbəyi, mənşəyi məlum olmayan dərmanlara güvənmək olmaz. Ona görə kor-koranə müalicədən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir”.

Allergiyanın əlamətləri sırasında qızdırma, qusma, ishal da ola bilər. Hətta valideynlər allergiyanın bu əlamətlərini zəhərlənmə ilə qarışıq salırlar. Əgər valideyn diqqətsiz yanaşarsa, allergiya ölümə də səbəb ola bilər: “Qızdırma halında həkimə çatdıranadək yüngül qızdırmasalan dərmanla uşağı kritik vəziyyətdən çıxarmaq olar. Bundan əlavə, sadə insanlar arasında allergiya zəhərlənmənin sinonimi kimi qəbul edilir. Lakin bu hallarda zəhərlənmədən söhbət gedə bilməz, çünki dəqiq olaraq allergiyadır. Ona görə mütləq həkimlə əlaqə saxlamaq lazımdır. Çox qəribədir ki, insanlar allergiyadan o qədər qorxmurlar, nəinki zəhərlənmədən. Amma unutmaq olmaz ki, allergiyanın çox ciddi fəsadları var. Xüsusən boğulma, bronxlarda tutulma zamanı vaxtında müdaxilə etməsək, uşaq hətta həyatını itirə bilər. Bəzən allergik reaksiya anafilaktik şokla nəticələnir. Çox təhlükəli haldir. İldırımvari formasında bir neçə saniyə ərzində xəstəni itirə bilərik”.


Allergiyanın qarşısını almaq mümkündür

Həkim bildirir ki, dünya səhiyyəsi səviyyəsində allergiya tamamilə keçib gedən xəstəlik deyil. Sadəcə olaraq allergiyanı yaradan faktor bəlli olduqda müalicəsi mümkündür. Xüsusən də uşaqların müalicə edilməsi daha asandır: “Əgər məlum olsa ki, uşaqda bal və ya yumurtadan allergiya olur, qida menyusundan onları çıxarırıq və allergiyanın qarşısı alınır. Ümumiyyətlə, tibdə belə bir fakt var ki, rəngi sarı olan qidalar, məsələn sarı alma, banan, qoz, fındıq, limon, naringi, portağal, yumurta, bal allergik rəng hesab olunur. Amma bu o demək deyil ki, bir uşaqda yumurtadan allergiya varsa, o birində də mütləq olacaq. Bu, fərdi xarakter daşıyır. Mədə-bağırsaq sistemində problem varsa, problemi həll etdikdə allergiya keçir. Yaz-payız aylarında allergiya halları daha çox baş qaldırdığı üçün bu dönəmdə profilaktik müalicələr alınmalıdır. Bu da allergiyanın qarşısını alır. Uzun müddət əvvəlki allergik əlamətlər müşahidə olunmursa, biz qərar verə bilərik ki, artıq allergiya keçib”.



1588 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___