Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Yararsız ət məhv edildi
Tarix: 22-04-2016 | Saat: 15:34
Bölmə:K, Elan Ver, M2 | çapa göndər

Yararsız ət məhv edildi
Aprelin 19-da mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirilib.
Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarliq Nəzarəti Xidmətindən "Xəbəraz.az "a daxil olan məlumata görə, reyd zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndindən Bakıya satış məqsədi ilə gətirilən Şamxal Nəbiyevin idarə etdiyi “Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilən (2 ədəd iribuynuzlu heyvan, 6 ədəd xırdabuynyzlu heyvan cəmdəkləri, daxili orqanlar) 500 kq və Zərdab rayonunun Körpükənd kəndindən paytaxta satış məqsədi ilə gətirilən, Nadir Qasımovun idarə etdiyi “Ford Transit” markalı 90-LX-763 dövlət nömrə nişanlı yük avtomobilində aşkarlanan (4 ədəd iribuynuzlu heyvan cəmdəyi, daxili orqanlar, 5 ədəd baş-ayaq) 600 kq miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici sənədi olmayan heyvan ətlərindən götürülən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatıb.

Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, həm Ağcabədi rayonundan, həm də Zərdab rayonundan gətirilən ətlərdə bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinə zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Eləcə də müayinə zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndindən “Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə satış üçün gətirilən ətlərdə aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması aşkar olunub. Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq həm Ağcabədi, həm də Zərdab rayonlarından gətirilən mənşəyi məlum olmayan heyvan ətləri zərərsizləşdirilib.

Yararsız ət məhv edildi
Yararsız ət məhv edildi



1598 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
20-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___