Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
58 yaşlı kişinin başına oyun açdılar - Video
Tarix: 21-04-2016 | Saat: 22:57
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

58 yaşlı kişinin başına oyun açdılar - Video
Bakıda Nərimanov metro stansiyasının yaxınlığında soyğunçuluq hadisəsi baş verib. Ən maraqlısı isə budur ki, soyğunçu öz telefon nömrəsini zərərçəkənə verib. Həmin nömrəyə zəng edərək cinayət barədə sual verəndə isə o, “sübut edin ki, mən olmuşam”, deyib.

Region TV xəbər verir ki, sürücülük məktəbində gözətçi işləyən 58 yaşlı Eldar Səfərovun sözlərinə görə, səhər ona bir nəfər yaxınlaşaraq hərbiçi geyimində olan bir xanıma kömək etməsini xahiş edib. Səfərovun sözlərinə görə, həmin qadına rayona getmək üçün 15 manat lazım olub. Eldar Səfərov maaşını bir neçə saatdan sonra alacağını və alan kimi ona kömək edə biləcəyini bildirib.

Maaşını alan Eldar Səbinə adlı xanımla Nərimanov metro stansiyasının yaxınlığında görüşüb. Qadına yardım etməsini xahiş edən şəxs də orada olub. Eldar Səfərovun sözlərinə görə, cavan adam əvvəlcə onun mobil telefonunu əlindən alıb. Zərərçəkmişin sözlərinə görə, aparılan məbləğ 498 manat təşkil edib.

Taksiyə əyləşib ərazini gəzən Səfərov soyğunçuları tapıb. Oğlanı yaxalaya bilməsə də, qızı tutub. Qızı tutub polisə aparan zaman yolda tanımadığı gənclər ona yaxınlaşaraq qadını buraxmasını tələb ediblər. Yenidən döyüləcəyindən ehtiyatlanan Səfərov qadını buraxıb.

Eldar Səfərovun sözlərinə görə, hadisə ilə əlaqədar 17-ci polis bölməsinə müraciət etsə də hələlik nəticə yoxdur. Zərərçəkmişin sözlərinə əsasən, ona qarşı soyğunçuluq edən adamın adı Elşaddır. Özünü 16-cı polis bölməsinin əməkdaşı kimi təqdim edib. Soyğunçunun görüntüləri ətrafdakı təhlükəsizlik kameralarına da düşüb. Bundan əlavə zərərçəkmiş də özünü Elşad kimi təqdim edən şəxsin mobil telefon nömrəsi də var. Həmin telefona zəng edərək - “Eldar adlı adamın pulunu almısınızmı?” sualına şübhəli şəxs – “sübüt edin” cavabını verib. Bundan sonra Nərimanov rayon Polis İdarəsinə müraciət olunub. İdarədən Səbinənin də Elşadın da yaxın zamanlarda yaxalanaraq istintaqa cəlb ediləcəklərini bildiriblər.


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___