Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Təcili yardım həkimlərinə fiziki təzyiq edirlər" - Baş həkim
Tarix: 21-04-2016 | Saat: 13:38
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

"Təcili yardım həkimlərinə fiziki təzyiq edirlər" - Baş həkim




A-Bu gün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib. "Xəbəraz.az "ın məlumatına görə, tədbirdə çıxış edən stansiyanın baş həkimi Rauf Nağıyev deyib ki, Stansiya günün 24 saatı Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədi ilə fəaliyyət göstərir.

R.Naǧıyevin sözlərinə görə, “103” xidmətinə gündəlik ortalama 2000-2300 çağırış daxil olur: "Bunlardan zəruri hallarda 200-ə yaxını hospitallaşdırılır. Müraciətlərin bəziləri təcili yardıma aid olmayan çağırışlardır. Buna baxmayaraq, bütün çağırışlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və icra edilir".

Baş həkim bildirib ki, gün ərzində stansiyanın 138 briqadası fəaliyyət göstərir: "Stansiyaya səbəbindən asılı olaraq daxil olan çağırışlar iki qrupa bölünür. Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra 4 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülür. Bu təsnifata fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşayiət olunan səpkilər, yenidoğulmuşlarla əlaqəli çağırışlar və s. aiddir. Məsələn, əgər 250-ə yaxın çaǧırış daxil olarsa, 138 briqada hər birinə çata bilmədiyi üçün biz bu çaǧırışları çeşidləyirik.

Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir. Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı və s. çağırışlar aiddir".

Baş həkim onu da vurğulayıb ki, xəstələrin stasionarlara səmərəli paylanması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat və hospital işlərin təşkili üzrə şöbəsi xəstəxanalarda, doğum evlərində və digər müalicə profilaktika idarələrində olan boş yerlərə dair sistematik məlumat alaraq, müvafiq hesabat aparır: "Stansiyanın maddi-texniki təchizatını yaxşılaşdırması məqsədi ilə zəruri addımlar atılır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının istifadəsinə ən müasir ilk yardım tibbi avadanlıqları, o cümlədən, immobilizasiya şinaları, defibrilyator, süni tənəffüs aparatı, kardiomonitor və s. ilə təchiz olunmuş yeni sanitar avtomobillər təqdim edilib. Gündəlik olaraq təcili tibbi yardım avtomobilləri 200-ə yaxın dərman, sarǧı və digər tibbi avadanlıqlarla təchiz olunur".

O, həmçinin əlavə edib ki, bu gün stansiyanın avto parkında xüsusi nəqliyyat vasitələri var ki, bunlar 6 xəstəyə eyni zamanda yardım etmək, daşımaq qabiliyyətinə malikdir: "Bu maşınlardan fövqəladə və xüsusi hallarda istifadə olunur".

R. Naǧıyev həkimlərə əhali tərəfindən təzyiqlər göstərilməsi məsələsinə də xüsusi toxunub: "Bəzən əhali tərəfindən həkimlərə təzyiqlər olur. İnsanlar tibb müəssisələrinə vaxtında müraciət etmirlər. Orqanizmdə hansısa xəstəlik gizli formada gedərək ağırlaşır, bizə gecikmiş halda müraciət olunur. Bu da bəzi xəstələri ağır vəziyyətdən çıxarmağa həkimlərə mane olur. Nəticədə əhali tərəfindən belə hallar pis qarşılanır və həkimlərə qarşı hətta fiziki təzyiqlər də göstərilir. Bununla da həkimlərə olan münasibətdə mənfi rəy yaranır. Məsləhət görülür ki, insanlar vaxtaşırı tibb müəssisələrinə müraciət edərək orqanizmlərində gedən gizli prosesləri vaxtında aşkarlasınlar. Təcili yardımın da əsas iş prinsipi sırf ağır hallarda xəstəni bu vəziyyətdən çıxarmaqdan ibarətdir"- deyə baş həkim əlavə edib.






Fərizə Əhmədova
642 məqalə
52 dəfə oxunub

DİGƏR XƏBƏRLƏR
Dövlət Komissiyasının yeni tərkibi haqda sərəncamda dəyişiklik
"Təcili yardımın gecikməsinə səbəb ünvanın yanlış deyilməsidir"
"Formula 1"ə görə görə ölkəyə 100-dək təcili yardım maşını gətirilib
Qənirə Paşayeva Avropanın qaçqın və köçkün siyasətini tənqid etdi
3148 kiloqram yararsız meyvə-tərəvəz satışdan çıxarıldı
Nazirlik ağackəsənləri 13 min cərimələyib
Həkimlərin maddi təminatları yaxşılaşdırılacaq
Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı - FƏRMAN
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Aprel
Azərbaycanda oğlan uşaqlarının sayı niyə artır? - SELEKTİV ABORT PROBLEMİ
LENT BÖYÜT
21 Aprel 2016
Məniməsədə təqsirləndirilən şirkət nümayəndəsi: "Pulum olanda qaytaracam" 13:34
"Təcili yardım həkimlərinə fiziki təzyiq edirlər" - Baş həkim 13:24
Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi 13:23
Dağıstanda kəndə hücum oldu: məktəb yandırıldı 13:22
AŞPA-da Dağlıq Qarabağ MÜZAKİRƏLƏRİ 13:16
Bakının mərkəzində ər arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB 13:14
Prezident iranlı nazirə “Dostluq” ordeni verdi 13:14
“Yaranmış “status kvo” atəşkəsin pozulmasının əsas səbəbidir” - MÜSAHİBƏ 13:07
Dövlət Komissiyasının yeni tərkibi haqda sərəncamda dəyişiklik 13:06
Rəbiyyət Aslanova dövlət komissiyasından çıxarıldı 13:05
8 gün qabaq qətl törədən şəxs intihar etdi 13:01
FHN-nin təyyarəsi neftçinin meyitini gətirməyə getdi 12:48
Brilyant toyunu qeyd etmiş “Allah adamı” – 64 İL TAXTDA 12:38
Xərçəngin qarşısını alan, bədəni təmizləyən tərəvəz: şirəsini için 12:33
"Təcili yardımın gecikməsinə səbəb ünvanın yanlış deyilməsidir" 12:32
Sumqayıtda DƏHŞƏT: yük maşını yolun ortasında qalan şəxsin üstündən keçdi 12:31
Füzulidə bədbəxt hadisə: ölən var 12:26
Azərbaycanda hava kəskin soyuyacaq 12:25
Dolların üzərində qaradərili qadının portreti olacaq - FOTO 12:04
"Formula 1"ə görə görə ölkəyə 100-dək təcili yardım maşını gətirilib 12:03


Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___