Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Konqreslər Bürosu sərgidə - Fotola
Tarix: 21-04-2016 | Saat: 11:42
Bölmə:K, Elan Ver, M2 | çapa göndər

Konqreslər Bürosu sərgidə - Fotola
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu “IMEX Frankfurt 2016″ sərgisində ölkəmizi uğurla təmsil edir.

Azərbaycan Konqreslər Bürosu ilə yanaşı, sərgidə Büronun tərəfdaşları olan “Absheron Hotel Group”, “Four Seasons Hotel Baku”, “Hilton Hotel Baku”, “JW Marriott Absheron Hotel Baku”, “Kempinski Badamdar Hotel Baku”, “Geo Travel” və “PASHA Travel” kimi aparıcı turizm şirkətləri iştirak edir.

“IMEX Frankfurt” beynəlxalq sərgisində Azərbaycan Konqreslər Bürosu bir neçə təqdimat keçirib. Təqdimat zamanı Avropa və Asiyadan olan alıcılara ölkəmizin görüş məkanları nümayiş etdirilib.

Sərgidəki Azərbaycan stendi ən çox Avropa,Yaxın Şərq və Rusiyadan olan iştirakçılar tərəfindən ziyarət olunub.

Sərgi iştirakçılarının Azərbaycana olan marağını artırmaq üçün bir neçə tədbir təşkil edilib ki, bunların arasında "Happy Hour" tədbirini qeyd etmək olar. Burada alıcılara Azərbaycanın milli mətbəxinin təamlarını dadmaq və yerli tərəfdaşlarla ünsiyyət qurmaq imkanı verilib.

“IMEX 2016″-da 15 mindən çox beynəlxalq peşəkarlar iştirak edir. Üç günlük sərgi çərçivəsində ümumilikdə 65 mindən çox görüşün təşkil olunması planlaşdırılıb.

Xarici sərmayələrin cəlb olunması və dünya turizm bazarında əvəzolunmaz görüşlər məkanı statusunun qazanılması baxımından Azərbaycan Konqreslər Bürosunun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Eyni zamanda, belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.


Konqreslər Bürosu sərgidə - Fotola



1438 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
20-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___