Rəmiş: "Şou aləmindəki kişilərdə qadınlaşma gedir"
Tarix: 20-04-2016 | Saat: 16:20
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər
“Şou-biznesdə olan kişi müğənnilərin 99 faizi qadına oxşamaq istəyir, qadın ifaçıları isə özünə sponsor axtarır”.
Bu sözləri Lent.az-a xalq artisti, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) deyib. O bildirib ki, şou-biznesin hazırkı durumundan narazıdır: “Mən şou aləmində olan insan deyiləm. Amma bu aləm barədə ürəkaçan nəsə demək olmaz. Çünki şouda olan oğlanların çoxunda qadınlaşma gedir. Düzdür, aralarında yaxşıları da var. Sözüm bütöv şou-biznes əhlinə deyil. Üzlərini dartdırıb, qaşlarını alıb, səhnəyə çıxırlar. Dünən çıxan qadın müğənnisinin altında bahalı maşın, ev, daha nələr. Amma mən illərdir, gitara ifa edirəm, güclə nəsə edə bilirəm. Müğənni Emil Bədəlovun müsahibəsinə baxdım, ləzzət elədi. Dedi ki, şou-biznesdə bilinmir qadın kimdir, kişi kim. Emillə tanışlığım yoxdur, onun bu sözlərindən sonra gərək onunla dost olam”.
Qeyd edək ki, E.Bədəlov bir müddət öncə mətbuata müsahibəsində şou-biznesdə olan kişilər və qadınlar barədə bu sözləri demişdi: “Şou-biznesdə kişilər-arvada, arvadlar-kişiyə qarışıb. Bilinmir kişi kimdir, qadın kim. Kişi də çıxıb arvad kimi danışırsa, onun özü də elə arvaddır. Bir-iki müğənninin pis hərəki bizi də səviyyədən salır. Bir ara söz çıxdı ki, oxuyana qız vermirlər. Deyirlər, “Siz arvadağızsınız. Sizin üçün birinci sənətdir, ikinci ailə”. Amma elə müğənnilər var ki, gözəl ailə başçısıdır”.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 18:34
“İrandan ABŞ-a iki nota
2-07-2023, 11:20
İBN SİNANIN SAĞLAMLIQ MƏSLƏHƏTİ: 7 gün ərzində sumaq suyu içsəniz...
7-09-2015, 12:24
Bakıda gənclər sahili tullantılardan təmizləyiblər – FOTO
23-01-2020, 16:14
Həkimlərə ŞAD XƏBƏR: MAAŞLARI ARTIRILIR
22-09-2019, 13:32
Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO
13-10-2017, 10:34
Abdulla İraqdan Azərbaycana gətirildi, Xədicə isə... - Rəsmi
14-07-2021, 20:14
“Zəngəzur, Göyçə və İrəvan...” – İrəliləyəcəyik!
4-02-2017, 12:05
Ərəb dünyası Ərdoğanın bu sözündən danışır
8-01-2017, 18:38
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub - ACI MƏNZƏRƏ
25-11-2020, 13:53
Kəlbəcər əhalisinin sayı açıqlandı