Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Davutoglu AŞPA-da çıxış elədi
Tarix: 20-04-2016 | Saat: 15:31
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Davutoglu AŞPA-da çıxış elədi

Türkiyənin baş naziri Ahmet Davutoglu Strasburqda Avropa Komissiyasının prezidenti Jean-Claude Junckerlə görüşüb.

Liderlər Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasının neçə həyata keçirilməsini müzakirə edirlər.

Qeyd edək ki, razılaşmada Avropadan sığınacaq ala bilməyən bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və Avropa Birliyinə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Amma Juncker bildirib ki, Türkiyə viza rejiminin ləğvi üçün bütün kriteriyalara cavab verməlidir.

Qeyd edək ki, Davutoglu bundan əvvəl bildirmişdi ki, əgər Avropa Birliyi iyunda viza rejimini ləğv eləməsə Ankara onunla miqrant razılaşmasından çıxa bilər.

Bir qədər sonra Davutoglunun AŞPA-da çıxışı olub.

O bildirib ki, son 4 il yarım ərzində Türkiyədə 152 min suriyalı uşaq doğulub:

“Yənu bu 120 min uşaq Türkiyədə doğulub, orda yaşayır və öz ölkələrini görməyiblər. Onların təhsil alması bizim üçün önəmli məsələlərdən biridir.

O bildirib ki, hazırda 400 min suriyalı uşaq təhsil ala bilmir. Buna görə də bizə təcili yeni məktəb və müəllimlər lazımdır.Türkiyə bugünədək düşərgələrdə məskunlaşan qaçqınlara 10 milyard dollardan çox vəsait xərcləyib. Bütün suriyalılara xərcələnən vəsait isə bundan xeyli çoxdur. Türkiyənin aldığı beynəlxalq yardımlar isə he yarım milyard deyil”,deyə o bildirib.

Davutoglu sonda deyib ki, Türkiyə Suriya münaqişəsinin sülh yolu illə həllinin tərəfdarıdır.


Xəbəri paylaş

5288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___