Avropa Parlamenti Yunusları salamlayır
Tarix: 20-04-2016 | Saat: 13:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsinin rəhbəri Elena Valenciano hüquq müdafiəçiləri Leyla və Arif Yunusun ölkədən buraxılması barədə qərarı alqışlayıb.
E.Valenciano bəyanatla çıxış edib: «Mən Azərbaycan hakimiyyətinin Leyla və Arif Yunusların ölkəni tərk etməsinə icazə verilməsi barədə qərarını alqışlayıram. Leyla və Arif Yunusların səhhətinin pisləşməsini nəzərə alaraq hesab edirəm ki, bu, Avropa Parlamentinin nail olduğu müsbət addımdır. Sevindirici haldır ki, onların tibbi müayinəsi və müntəzəm həkim nəzarəti təmin olunub».
E.Valenciano həmçinin qeyd edir ki, Avropa Parlamenti ikitərəfli mürəkkəb məsələlər, o cümlədən insan hüquqları ilə bağlı Azərbaycandakı həmkarları ilə əməkdaşlıq etməyə hazırdır.
Ali Məhkəmə Yunusların kassasiya şikayətinə aprelin 18-də baxaraq onların ölkədən çıxışını təmin edib.
Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunmuşdular, dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.
2015-ci il avqustun 13-də Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi sonradan onlara verilən cəzanı şərti hesab edərək azadlığa buraxdı.
Amma üzərilərində şərti cəza olduğundan ölkəni tərk etmələrinə qadağa qoyulmuşdu.
Azadlıq.org
Xəbəri paylaş
5638 dəfə oxunub.
Digər xəbərlər

9-03-2016, 19:00
Səmranın “Eurovision”-da iştirak edəcəyini bu foto təsdiqlədi (FOTO)
21-06-2017, 12:56
Rəsmi nikah olmadan kəbin kəsən mollalara XƏBƏRDARLIQ
11-05-2017, 11:03
Azərbaycanda 5.3 ballıq zəlzələ - YENİLƏNİB
8-07-2017, 18:55
Gül kələmi - həm tərəvəz, həm dərman
6-03-2016, 14:34
Türkiyədə holdinqlərdən birinin rəhbərləri həbs edildi
26-05-2016, 21:15
İsveç NATO-ya “hə” dedi – Qərar
6-05-2017, 16:09
Uşaqlarına əsəbiləşdi, özünü bıçaqladı - Bakıda qəribə hadisə
9-09-2016, 23:07
Xarab olmuş un partladı, 100 nəfər öldü
29-07-2017, 12:09
Azyaşlı uşağı olanlara XƏBƏRDARLIQ: evdə kondisioner yandırmayın
29-01-2023, 12:00
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” - Şəhid xanımı