Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Külli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısı alınıb
Tarix: 20-04-2016 | Saat: 11:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər





Külli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısı alınıb

Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Gəncə-Şəmkir şosesinin 13-cü kilometrliyində şübhəli qismində saxlanılıb.

Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitəsi Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılıb.
Komitədən bildirilir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin baqajında olan iki ədəd çantadan Gürcüstan Respublikasında istehsal edilən 30000 ədəd Azərbaycanın aksiz markası ilə markalanmayan “Pirveli” siqaretləri aşkar edilərək götürülüb.
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda da Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa bamperinin arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 14 400 ədəd siqaret aşkar olunaraq götürülüb.
Rusiyadan Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarətinə daxil olan digər nəqliyyat vasitəsindən isə 17 400 ədəd siqaret aşkar edilib. Açkar edilən siqaretlər nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin ön və arxa bamperlərinin arxasındakı böşluqlardan tapılaraq götürülüb.
Son olaraq qeyd edək ki, ümumilikdə 3 fakt üzrə 61 800 ədəd siqaret aşkar edilib.
Bütün faktlarla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___