Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sarkisyanın Qarabağ səfərinə - RƏSMİ MÜNASİBƏT
Tarix: 19-04-2016 | Saat: 14:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sarkisyanın Qarabağ səfərinə - RƏSMİ MÜNASİBƏT

Ermənistan rəhbərliyi bu günlərdə işğal olunmuş Azərbaycan ərazilərinə səfərdə olub. Xəbəraz.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu səfərə münasibət bildirib:

"Ermənistan rəhbərliyinin bu günlərdə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır. Ermənistan rəhbərliyi bu kimi təhrikçi əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürütdüyünü bir daha sübut edir".

Bu bir daha onu göstərir ki, 2 aprel tarixindən başlayaraq qoşunların təmas xəttində yaranmış gərginliyin və atəşkəs rejiminin intensiv şəkildə pozulmasının arxasında məhz rəsmi Yerevan dayanır".

H.Hacıyev öz şərhində bildirir ki, beynəlxalq ictimaiyyətin münaqişənin həlli üzrə hərtərəfli siyasi proseslərə başlamaq barədə israrlı çağırışlarına məhəl qoymayaraq, Ermənistan rəhbərliyinin təcavüzkar siyasətini davam etdirməsi, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaması və atəşkəsin pozulması və gərginliyin artmasına yönəlmiş addımları regional sülh və sabitlik üçün ciddi təhlükədir:

"Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür".


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___