Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya NATO ilə görüşə gedir
Tarix: 19-04-2016 | Saat: 13:28
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Rusiya NATO ilə görüşə gedir

Moskva Rusiya-NATO görüşündə Alyansın şərqə doğru genişlənməsi məsələsini qaldıracaq.

Xəbəraz.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, görüşün əsas təşəbbüskarı NATO olub.

Qeyd edək ki, NATO-Rusiya görüşü aprelin 20-də Brüsseldə keçiriləcək.

Rusiya NATO-nun şərqə doğru genişlənməsi siyasətinin ləğv edilməsini istəyir. Moskvanın fikrincə bu, 1997-ci ildə Rusiya ilə NATO arasında imzalanmış müqaviləyə ziddir. Moskva NATO-nun şərqə doğru genişlənməsinə daha sərt reaksiyanı 2008-ci ildə göstərib. Belə ki, Buxarest sammitində Gürcüstan və Ukraynanın Alyansa qəbul edilməsi məsələsinə müsbət reaksiya verildikdən bir müddət sonra Cənubi Osetiya konflikti qızışıb. Nəticədə Rusiya-Gürcüstan savaşı başlayıb və Cənubi Osetiya Tiflisin nəzarətindən çıxıb. Kreml xüsusilə Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin NATO-da yer almasına qarşı kəskin mövqe nümayiş etdirir.


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
22-03-2021, 01:00 Əmrah ekranlara qayıdır
13-01-2018, 12:37 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___