Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lombardlar vətəndaşları aldadır - Borc bataqlığı
Tarix: 19-04-2016 | Saat: 12:47
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Lombardlar vətəndaşları aldadır - Borc bataqlığı

İqtisadçı ekspert Vüqar Bayramov lombardların vətəndaşları çətin vəziyyətə salmasından yazıb.

“Qafqazinfo” xəbər verir ki, ekspert qeyd edib ki, banklar ilə problemləri yoluna düşməmiş vətəndaşlarımızın lombardlar ilə də çətinlikləri dərinləşib: “Vətəndaşları “borc bataqlığına” sürükləyən lombardların fəaliyyətinə dövlət qurumları sözün həqiqi mənasinda “yaşıl işıq” yandırıblar. Nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası lombardlara “qırmızı işıq” yandırmağa tələsmir. Halbuki, söhbət sayı on minlələrlə ifadə edilən vətəndaşlarımızın müxtəlif formada aldadılmasından gedir.

Banklardan kredit ala bilməyənlər lombardların bahali borclarında istifadə etmək məcburiyyətində qalıblar. Məsələ heç də bəzi lombardlar ilə bağlı açılan cinayət işləri ilə tamamlanmır. Aylıq orta hesabla 5 faiz borc təklif edən lombardlar nəticədə illik 60 faizlik kredit xəttindən bəhrələnirlər. İstehlak kreditləri üzrə illik faizin 29-dan çox olmaması ilə bağlı Mərkəzi Bankın qadağalarının isə bu borclara heç bir aidiyyəti yoxdur.

Digər tərəfdən, girov kimi götürülən qızıl-zinət əşyalarının dəyişdirilməsi və bəzi hallarda geri qaytarılmaması faktları da ənənəvi hal almağa başlamaqdadır. Bunların səbəbi isə lombardların fəaliyyətinə, demək olar, heç bir nəzarətin olmamasıdır”.



Problemin həlli yolları ilə bağlı fikrini açıqlayan V. Bayramov əlavə edib ki, lombardların fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət etməsinə ehtiyac var: “Nəzarətsiz qalan bəzi lombardlar müştərilərini aldatmaqda daha həvəsli görsənirlər. İkincisi, banklarda olduğu kimi lombardlarda da illik faizlərin limitləşdirilməsinə ehtiyac var. Bazar qanunlarına zidd olsa da, indiki halda inzibati metodlarıdan istifadə, təəssüf ki, qaçılmazdır. Bu halda lombardlar da illik 29 faizdən artıq faiz ala bilməyəcəklər ki, nəticədə onların bankların qeyri-rəsmi fialları kimi fəaliyyəti də məhdudlaşacaq.

Üçüncüsü, lombardlar üçün məcmu kapital və digər öhdəliklərin tətbiqinə ehtiyac var ki, onların məsuliyyətini artırmaq və fəaliyyətlərinə nəzarəti gücləndirmək mümkün olsun. Dördüncüsü, girovlar ilə bağlı konkret məcburi qaydaların işlənib tətbiq edilməsinə ehtiyac var ki, borc götürənin əsl girovunu geri almaq problemi olmasın. Bunların reallaşdırılması çox vacibdir. Əks halda zirzəmilərdə və yarı-zirzəmilərdə fəaliyyə göstərən lombardların sayına uyğun olaraq aldadılan vətəndaşların da sayında da artımlar olacaq”


Xəbəri paylaş

5288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___