Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb
Tarix: 18-04-2016 | Saat: 14:21
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər
Lerikdə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması və dəymiş ziyanın hesablanması işlərinə başlanılıb. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov verib. Onun sözlərinə görə, aprelin 16-da axşam saatlarından başlayan leysan xarakterli yağış rayonun bur sıra dağətəyi yaşayış məntəqələrində fəsadlara səbəb olub. Sel suları əsasən rayonun Vizəzəmən və Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinləri üçün problem yaradıb.
İlkin hesablamalara görə, 50-yə yaxın fərdi yaşayış evi, 100 hektardan çox taxıl, 200 hektaradək kartof əkini sahəsi ziyan çəkib, ayrı-ayrı vətəndaşlara məxsus 50 başadək mal-qara, qoyun-quzu, xeyli sayda ev quşları tələf olub, Təbrizli kəndindəki dəmir konstruksiyalı körpü, eləcə də daha 9 piyada körpüsü dağılıb. Selin fəsadları Lerikin turizm obyektlərindən də yan keçməyib. Kotteclərin içinə dolan sel suları otaqları, əyləncə mərkəzlərini, oyun meydançalarını yarsız vəziyyətə salıb, bir neçə koteci isə tamamilə yuyub aparıb.
Rayonun bir neçə ərazisində torpaq sürüşmələri də qeydə alınıb, bu isə kəndarası yolların bağlanmasına səbəb olub.
H.Məlikov bildirib ki, yerli qurumların səyləri ilə ilk növbədə kəndarası yollarının gil və torpaq qatından təmizlənməsi, həmin yerlərdə nəqliyyat vasitələrinin bərpası istiqamətində tədbirlər görülür: ”Biz rayona Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mütəxəssislərini dəvət etmişik. Bu qurum tərəfindən həm rayona dəymiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək, həm də dəymiş ziyanın miqdarı hesablanacaq”.
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

7-03-2018, 12:44
Bakıda sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan sürücü içdən çıxarılıb
7-01-2023, 13:17
DƏRMAN MAFİYASI Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru Gülnaz Dadaşova MEYDAN SULAYIR - İTTİHAM
31-10-2015, 15:44
İstersen - Buray & Yıldız Tilbe - ekstra trafikte sohbet+çabuk olalım aşkım Periscope yayını
26-04-2018, 20:02
“Leyla Şıxlinskya hər ay itinin yeməyinə 500 manat xərcləyib” - Vəkil
27-07-2023, 10:57
Narkotacirlərin yeni “oyunu”: Narkotik vasitələr su sayğaclarında gizlədilir? - VİDEO
5-01-2022, 11:23
Dövlət Xidməti un və çörək istehsalçılarına xəbərdarlıq etdi
27-03-2017, 13:37
Azərbaycan “Eurovision”da 1-ci yerdə- - Proqnozlar
7-03-2017, 14:11
Bakının mərkəzində kran aşdı - FOTO
15-06-2015, 13:05
İkiqat dünya çempionu 82 yaşında dünyasını dəyişib.
13-04-2017, 16:50
Çıxış yolu İNTİHARda deyil, İMANdadır