Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni siyasətçi: Rusiya Ermənistanın dövlət maraqlarını tapdalayır
Tarix: 18-04-2016 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Erməni siyasətçi: Rusiya Ermənistanın dövlət maraqlarını tapdalayır

Ermənistan Avrasiya İqtisadi Birliyində üzvlüyünü rəsmən dayandırmaq prosesinə başlamalıdır.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Azad demokratlar" partiyasının sədri Xaçatur Kokobelyan deyub.

X.Kokobelyan bir neçə gün öncə Ermənistan Milli Yığıncağına "Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyünün dayandırılması proseduruna başlanılması haqqında" qanun layihəsini təqdim etmişdi.

Onun sözlərinə görə, qısa müddət ərzində, hətta Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanın idxal və ixracı xeyli azalıb: "Avrasiya İqtisadi Birliyində üzvlük həm iqtisadi, həm də təhlükəsizlik məsələləri baxımından Ermənistanın milli maraqlarına uyğun deyil.

X.Kokobelyan qeyd edib ki, Ermənistan Moskvada Avrasiya İqtisadi Birliyinin iclasında bu strukturdan çıxmasını bəyan etməli idi: "Çünki Rusiya indiyədək hər gün, hər saat Ermənistanın dövlət maraqlarını tapdalayır".


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___