Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Uşaqlarla disko-klubdan çıxdıq, içmişdik”- Video
Tarix: 18-04-2015 | Saat: 15:33
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

“Uşaqlarla disko-klubdan çıxdıq, içmişdik”- Video

Paytaxtın Nərimanov rayonunda mağaza və internet klubdan oğurluq edən qrup saxlanılıb.

Xeberaz.az Region TV-yə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətdiklərinə görə şübhəli bilinən üç nəfər saxlanılıb. Aparılan təhqiqatlar zamanı məlum olub ki, saxlanılan şəxslərdən ən böyüyünün 23, digərlərinin isə cəmi 18 yaşı var.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə Vüqar Rəsulova məxsus mağazadan və Rafiq Ağayevə məxsus internet-klubdan məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir İbrahimovu saxlayıb.

Aparılan istintaq zamanı Samir İbrahimovun, Sabirabad rayon sakini Əjdər Məmmədov və Saatlı rayon sakini 23 yaşlı Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs də saxlanılıb.

İstintaqa açıqlamasında Əjdər Məmmədov oğurluğa necə getdiklərini xatırlamadığını bildirib: "Disko klubdan çıxmışdıq, içkiliydik, birdən gözümü açdım ki, mağazanın içərisindəyəm. Artıq iş işdən keçmişdi. 2 gün sonra özüm təslim oldum"

İçkili olduqlarını bəhanə gətirən Tərlan Qasımov isə mağazaya girmədiyini, çöldə gözlədiyini deyir: "Qərarlaşdırdıq, 2 nəfər girdi mağazaya, mən çöldə olmuşam. 3 fotoaparat götürülüb, biri mənim payıma düşdü. Dağılışdıq, sonra tutulduq"

Samir İbrahimov: "Uşaqlarla disko-klubdan çıxdıq, içmişdik, vəziyyət pis idi, uşaqlar dedi gedən oğurluq edək. Elənçi"

Qısa müddət ərzində polis tərəfindən yaxalanan dəstə törətdiyi əmələ görə Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə qanun qarşısında cavab verməli olacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
29-01-2016, 17:39 Qaz 21 Satılır

bütün xəbərlər
____ Instagram ___