Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu marşrutun ləğvi problem yaratdı - Açıqlama
Tarix: 15-04-2016 | Saat: 13:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bu marşrutun ləğvi problem yaratdı - Açıqlama

Aprelin 11-dən etibarən Bakının N.Nərimanov metrostansiyasından 7-ci mkr. S.S.Axundov küçəsi istiqamətində hərəkət edən 10 nömrəli sərnişin avtobusu xətdən çıxarılandan sonra problemlər yaranıb.

Axar.az xəbər verir ki, sözügedən marşrut xəttini qismən Baku Bus MMC-yə məxsus 3 nömrəli avtobus əvəz edir.

3 nömrəli avtobus “Dərnəgül” və “Gənclik” metrostansiyalarından keçməklə Şəhidlər Xiyabanı istiqamətində gedir. Nəticədə əvvəllər 10 nömrəli marşrutdan istifadə edərək N.Nərimanov metrostansiyasından Dərnəgül istiqamətində gedən sərnişinlər iki marşrut dəyişmək məcburiyyətində qalırlar. Bu isə əlavə xərc və vaxt itkisi deməkdir.

Bəs 3 nömrəli marşrut xəttinin hərəkət istiqamətinin N.Nərimanov metrostansiyasına qədər uzadılması planlaşdırılırmı?

Məsələ ilə bağlı Baku Bus MMC ilə əlaqə saxladıq. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova 3 nömrəli marşrutun N.Nərimanov metrostansiyasına qədər uzadılması ilə bağlı təklifin olmadığını deyib:

“Bizim marşrut xətlərinin istiqaməti Baku Bus MMC tərəfindən həyata keçirilmir. Müvafiq qurumlar bununla bağlı bizə təklif edir və biz o istiqamətdə hərəkət edirik. 3 nömrəli marşrut xəttinin N.Nərimanov metrostansiyasına qədər uzadılması ilə bağlı hələlik bizə təklif gəlməyib. Bununla bağlı yenilik gözlənilmir”.

Şöbə rəhbəri həmçinin, avtobusların üzərinə yaxın gələcəkdə istiqaməti göstərməsi üçün elektron lövhələrin qoyulacağını da bildirib:


“Avtobusun gedəcəyi istiqamət daxildəki monitorlarda göstərilir. Lakin avtobusların üzərində yaxın gələcəkdə müasir elektron lövhələrin olması da nəzərdə tutulub. Biz bunu gələcək üçün düşünmüşük”.

Qeyd edək ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısındakı dayanacaqdan istifadə edən sərnişinlər 3 nömrəli marşrut xəttinin “Elmlər Akademiyası metrostansiyası”, yoxsa Dərnəgül istiqamətində getməsi ilə bağlı çətinliklə üzləşirlər. Bu səbəbdən sərnişinlər hər dəfə sürücülərdən istiqaməti soruşmaq məcburiyyətində qalır.


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___