Qətl törətməkdə təqsirləndirilən idmançı qıza hökm oxunub
Tarix: 14-04-2016 | Saat: 12:50
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S.Ramazanovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu bildirib.
Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub.
Məhkəmənin hökmü ilə S.Ramazanova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü S.Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra 20 yaşlı qız dünyasını dəyişən 31 yaşlı A. Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığına və əməlinə görə peşman olmadığını bildirib. S.Ramazanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, S.Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olur.
Xəbəri paylaş
5758 dəfə oxunub.
Digər xəbərlər

30-04-2018, 23:19
Ana iki uşağını boğandan sonra yandırdı
19-10-2015, 01:48
Doğuşun italyansayağı imici - Foto
13-03-2021, 09:47
Biləsuvarda mikroavtobus qəzası: 1 ölü, 6 yaralı
21-05-2016, 17:34
Saç ağarmasına qarşı TƏBİİ ÇARƏ: soğanı əzin və...
14-02-2017, 11:32
Pensiya artımı təqaüdçüləri çaşdırıb - Rəsmi açıqlama
24-05-2016, 16:18
Nüvə Tədqiqatları Mərkəzindən mühüm razılaşma
29-07-2023, 12:13
Motosikletlə bazara gedən ata-oğul qəzaya düşdü - Biri öldü
5-03-2023, 11:38
Kişilərin gizli bəlası: qəfil infarktın yaxınlaşdığını necə bilməli?
16-03-2017, 17:40
Eldar Əzizov Bakıda nəhəng xonça hazırlatdırıb, kabab payladı - FOTOLENT