Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Tarix: 14-04-2016 | Saat: 12:39
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək


Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “Report”a verdiyi məlumata görə, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının işinin səmərəliliyinin artırılması və sərnişin daşımanın optimallaşdırılması məqsədilə, sərnişin sıxlığının Sumqayıt şəhərindən səhər saatlarında, Bakı şəhərindən isə axşam saatlarında çox olduğunu nəzərə alaraq, aprel ayının 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik olunacaq.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07:45, 08:00, 08:30, 09:10, 09:50, 17:00, 18:10 və 18:50-də, Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də yola düşəcək.

Şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

BAKI-SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT
C Ə D V Ə L İ
Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək


Xəbəri paylaş

5158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___