ABŞ səfirimiz: “Obama Qarabağla bağlı nadir şansı itirdi”
Tarix: 13-04-2016 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
ABŞ Rusiya-Türkiyə qarşıdurması ilə əlaqədar meydana gələn gərginliklə bağlı regionda daha qətiyyətli addımlar atmalıdır.
Axar.az xəbər verir ki, bunu “Vaşinqton Tayms” qəzetinə açıqlamasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov söyləyib. Onun sözlərinə görə, hazırda regiondakı vəziyyət istənilən vaxt nəzarətdən çıxa bilər.
O, Obama Administrasiyasının Rusiyanın bölgədə artan təsirinə cavab olaraq Azərbaycanla daha dərin əməkdaşlıq nümayiş etdirdiyini bildirib. Süleymanov Vaşinqtonun bölgəyə daha çox diqqət ayırmasının lazım olduğunu bildirib:
“Obama Administrasiyası Türkiyə və Rusiyaya, eləcə də son Azərbaycan və Ermənistan qarşıdurmasına real təsir etmək üçün nadir şansı itirdi. Bu situasiyadan Prezident Obama yox, Vladimir Putin istifadə etdi. Nəticədə özünü sülhməramlı kimi göstərdi və Moskvaya Azərbaycan və Ermənistan baş qərargah rəislərini çağırdı. Bu gün aydındır ki, son iki həftə ərzində Rusiya regionda öz statusunu əsas diplomatik güc kimi saxladı. Rusiya kifayət qədər güclü oyunçudur. Biz bunu gördük. Son iki həftə ərzində biz Rusiyanın regionda daha aktiv iştirakçı olduğunun şahidi olduq”.
Xəbəri paylaş
5278 dəfə oxunub.
Digər xəbərlər

9-08-2021, 11:13
"BAKU CİTY": İki nəfərin ölümünə bir nəfərin isə gözlərinin kor olmasına səbəb olub.
27-04-2020, 06:38
Sumqayıt sakini bıçaqlanaraq öldürüldü
12-11-2019, 11:34
Zaur Hüseynov Fuad Tağıyevi vəzifəsindən azad etdi
1-06-2020, 14:21
Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı - FOTOLAR
10-10-2016, 20:43
Kadırovun 12-ci övladı doğuldu
24-12-2016, 02:00
İlham Əliyevlə Mehriban xanım necə tanış olub? – Qızı yazdı
3-03-2022, 01:02
Ceyhun Bayramov Kuba səfiri ilə görüşüb
12-04-2021, 14:27
Bakıda gecə saatlarında atışma oldu
17-06-2017, 16:42
"Məsuliyyət Ermənistanın üzərindədir" - NAZİRLİK