Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmira Süleymanova: Azərbaycanda boşanmaların sayı artır
Tarix: 13-04-2016 | Saat: 13:40
Bölmə:Karusel / M2 | çapa göndər

Elmira Süleymanova: Azərbaycanda boşanmaların sayı artır
M2M2
Azərbaycanda boşanmaların sayı artmaqdadır.

Trend-in məlumatına görə, bunu İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bu gün Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Azərbaycanda 10 il əvvəl boşanma hadisələrinin cəmiyyət tərəfindən qeyri-adi qarşılandığını deyən E.Süleymanova bu gün boşanma hallarının artmasının əsas səbəblərini bir çox məsələlərlə əlaqələndirib.

Onun sözlərinə görə, boşanmaların əsas səbəvləri erkən və məcburi nikahlar, valideynlərin məsuliyyətsizliyidir.

Erkən və məcburi nikahlara daha çox rayonlarda, xüsusilə kəndlərdə rast gəlindiyini deyən ombudsman bildirib ki, Azərbaycanda qeydiyyata alınmayan nikahların sayı da çoxdur: "Bu da əsasən kəndlərdə və rayonlarda olur. İnsanların intellektual və psixoloji baxımdan uyğunsuzluğu da boşanmalara gətirib çıxaran əsas amillərdəndir. Kimisə zorla ərə verirlər və nəticədə uyğun dilə gələ bilməyərək ümumi fikrə gələ bilmirlər. Ailələrin dağılmasına digər səbəblərdən biri də narkomaniyadır. Eyni zamanda, qumar oyunları da bu qəbildən olan problemlərdəndir. Bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar olur. Cinsi zorakılıqlar və bu yolla yoluxan xəstəliklər də bu sıradadır".

E.Süleymanova hesab edir ki, bu gün ailə münasibətlərinin möhkəmlənməsi üçün ilk növbədə ailədə bir-birinə güzəştə getmək hissini tərbiyə etmək lazımdır.

Ombudsman hesab edir ki, ailədə münaqişələrin aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması ictimai təşkilatların əsas vəzifələrindən biri olmalıdır.


Xəbəri paylaş

5098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___