ABŞ KİV: “Əksər ölkələr Bakını dəstəkləyir”
Tarix: 13-04-2016 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin süqutu ilə başladı. Əraziləri qeyri-qanuni zəbt olunması ilə müşahidə olunan münaqişədə 30 mindən çox insan həlak oldu. 1994-cü ildə atəşkəs bağlandı. Atəşkəsdən sonra bir neçə dəfə ciddi toqquşmalar yaşandı. 2000-ci illərə qədər münaqişədə güc balansı eyni idi. Lakin Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətində atdığı addımlar balansı Bakının xeyrinə dəyişdi.
Bu barədə ABŞ-ın “Vaşinqton revyü” nəşri yazıb.
Məqalədə bildirilir ki, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirlər hesabında ordunu ən müasir silahlarla təchiz edib:
“Hətta neftin qiymətinin aşağı düşməsi də orduya ayrılan vəsaitə ciddi təsir etməyib”.
Qarabağda son toqquşmalara toxunan nəşr problemdə Rusiya faktorunu xüsusi qabardır. Lakin onu da qeyd edir ki, artıq əksər ölkə bu məsələdə Azərbaycanı dəstəkləyir.
“Türkiyə, Pakistan, İsrail, Ukrayna, Almaniya, ATƏT və Qərb ölkələri rəsmi Bakını dəstəkləyirlər. Rəsmi Bakı münaqişənin həllində bu dəstəkdən lazımınca yararlanır. Görünən odur ki, post-sovet məkanında digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Bu, münaqişəyə əlavə diqqəti cəlb edir”, - məqalədə bildirilir.
Publika.az
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

17-12-2016, 12:22
Ərindən boşanan əməkdar artist arıqlayıb tanınmaz hala düşdü - FOTOLAR
2-08-2019, 17:01
Zakir Fərəcov sakinlərlə görüşdü - FOTOLAR
28-08-2015, 23:15
Terroristlər yerlə yeksan edildi; Onlarla əsir (Fotolar)
3-06-2022, 11:02
Ermənistanla sərhəddə gərgin vəziyyət - MN açıqlama yaydı
22-03-2021, 04:46
Samuxda məskunlaşan kəlbəcərli köçkünlər 72 yaşlı icra başçısının əlindən fəryad edir - NARAZILIQ!
11-12-2016, 10:38
"Gəlin dəmləməsi"nin sirri – gözəllik və arıqlama
29-06-2017, 19:29
Sabah “ilin toyu”du: 260 şəxsi təyyarə, 300 “oxrana”...
6-04-2016, 14:14
27-28 mayda Bakıda IV Milli Marketinq Forumu keçiriləcək
1-02-2016, 19:10
Məscidlərdə kitabxanalar yaradılacaq
28-11-2016, 11:16
Trampın Azərbaycanda 5 obyekti var