Bakıda üç ayda baş vermiş yol qəzalarında 32 nəfər ölüb
Tarix: 11-04-2016 | Saat: 19:40
Bölmə:Karusel / M2 | çapa göndər
Yanvarın 1-dən aprelin 5-dək Bakı şəhərində 172 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, nəticədə 32 nəfər ölüb, 206 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövri ilə müqayisədə 54 hadisənin azalması nəticəsində ölüm faktının və xəsarət alanların sayı azalıb: “Bu da yol polisi əməkdaşlarının həyata keçirdikləri məqsədli tədbirlərin nəticəsidir. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50 faizi piyadaların avtomobillərlə vurulmasıdır. Təhlükəsizliyin təmin edilməsi üçün yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 262379 ədəd inzibati protokol tərtib edilib. Bunlardan 4450 sərxoş vəziyyətdə avtomobil idarə edən, 1679 protokol sürət həddinin aşılması, 1251 protokol sərnişin daşıma qaydalarının pozulması, 42 mindən çox protokol ötmə -manevir etmə qaydalarının pozulmasına görə yazılıb. Bu dövr ərzində 33738 piyada cərimələnib”.
Vaqif Əsədovun sözlərinə görə, Mərkəzi Məlumat Mərkəzi tərəfindən 164 min sürücü barəsində tədbir görülməsi üçün adiyyatı hərəkətlər edilib.
Xəbəri paylaş
5398 dəfə oxunub.
Digər xəbərlər

14-08-2021, 14:03
1 yaşlı körpəsini suda boğub öldürən ana saxlanıldı - YENİLƏNİB
10-04-2018, 13:30
İki ayda 8065 nikah, 2383 boşanma qeydə alınıb
22-04-2020, 19:08
Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi
24-05-2017, 18:12
"Ayrılmaq çox çətin olacaq"
31-05-2018, 12:23
Əlikram Bayramov: "Deyirlər ki, xanımından qorxursan"
31-05-2016, 12:44
Neft Fondu 50 milyon dollar satdı
2-01-2017, 18:16
İlham Əliyev İndoneziyaya səfər edəcək
13-07-2021, 10:48
Ordumuzun zabiti özünü GÜLLƏLƏDİ- RƏSMİ
2-05-2019, 16:55
Humay Muxtarovaya vəzifə verildi
14-12-2022, 16:14
3 uşaq anası olan sevgilisini bıçaqlayan 15 yaşlı oğlana hökm oxundu