Obama Hillari Klintonla bağlı təhqiqatın obyektiv aparılacağına zəmanət verib
Tarix: 10-04-2016 | Saat: 19:33
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonun şəxsi poçtundan xidməti məqsədlərlə istifadə etməsi barədə təhqiqata siyasi təsir amili olmayacağına zəmanət verib.
APA-nın məlumatına görə, B. Obama bunu “Fox News” telekanalına müsahibəsində bildirib.
ABŞ prezidenti deyib ki, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosunun apardığı istintaqda siyasi təsir amili olmayacağına birmənalı zəmanət verir: “Heç Kim qanundan yuxarı deyil. Mən bunu neçə dəfə təkrarlamalıyam?”.
H. Klintonun elektron məktubları ətrafında qalmaqal keçən ilin martında Amerika dövlət müəssisələrinə fasiləsiz kiber-hücumlar fonunda ortaya çıxıb. Sabiq dövlət katibinin xidməti məqsədlər üçün şəxsi elektron poçtundan istifadə etdiyi üzə çıxıb. Respublikaçılar sabiq dövlət katibini daxili təhlükəsizlik qaydalarını ciddi pozmaqda ittiham edirlər. H Klinton da şəxsi elektron poçtundan istifadə etməsinin yanlış olduğunu etiraf edib, ancaq şəxsi elektron poçtundan məxfi xidməti məlumatlar göndərmədiyini bildirib.
Qeyd edək ki, H. Klinton demokratların prezidentliyə əsas namizədidir. Respublikaçılar hələ də seçkiqabağı sabiq dövlət katibinə maksimum siyasi zərbə vurmaq bu məsələdən istifadə etməyə çalışırlar.
Xəbəri paylaş
5878 dəfə oxunub.
Digər xəbərlər

3-09-2016, 19:46
Rəqsanədən 3 dəqiqəlik ŞOK: Hamı... - QORXUNC FOTO
8-10-2022, 12:43
Ana və ata uşağa xəsarət yetirib küçəyə atıblar - Xırdalanda ŞOK - YENİLƏNİB - FOTO
10-09-2015, 00:10
Azərbaycanlı “Çarli Çaplin” nərdivandan yıxıldı - Video
16-12-2016, 16:16
Palmira simvolikdir, Hələb isə… - Putin
12-01-2019, 12:15
7 qat Çempiondan nöbəti uğurlu addım.
6-06-2020, 18:36
Ölkədə koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
11-05-2018, 12:07
Sulutəpədə əl qumbarası və patronlar aşkarlanıb -foto
14-02-2017, 13:59
Dövlət qulluğuna qəbul qaydaları hökumətə təqdim edilib
6-06-2016, 16:05
AMEA vitse-prezidenti: “Bu bir şərəf məsələsidir”
11-02-2016, 21:37
AtaBank-ın rəhbərliyində dəyişiklik olub