Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsveçdə müsəlman məktəbi yandırıldı
Tarix: 10-04-2016 | Saat: 15:22
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İsveçdə müsəlman məktəbi yandırıldı

İsveçin Malmö şəhərində naməlum şəxslər müsəlman məktəbini yandırıblar.

Axar.az xəbər verir ki, yanğın dünən yerli vaxtla saat 23:00-da törədilib.

Məlumata görə, polis və ərazidə patrul xidməti aparanlar güclü partlayış səsi eşidiblər.

Polis şübhəlilərin avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdıqlarını görüb. Onları saxlamağa cəhdlər olunsa da, həmin gecə heç kimi ələ keçirə bilməyiblər.

“Biz hələ də hadisə yerindən uzaqlaşan avtomobili axtarırıq”, - Malmö polisinin mətbuat xidmətinin əməkdaşı deyib.

Malmö qəza xidmətinin məlumatına görə, yanğın çox güclü olub.

“Orada nəsə böyük zərbə və ya partlayış oldu. Bundan başqa məndə məlumat yoxdur. Bu, müsəlman məktəbidir və biz binanın qalan hissəsini qorumağa çalışırıq amma bu elə də asan deyil”, - xilasetmə xidmətinin əməkdaşı Pol Byürexaq deyib.

Yerli vaxtla saat 08:00-a olan məlumata görə, yanğın hələ də söndürülməyib. Yanğın zamanı xəsarət alanlar barədə də heç bir məlumat verilməyib.

Hadisə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Şübhəlilər yanğın və qətl törətməməkdə ittiham olunur.


Xəbəri paylaş

5628 dəfə oxunub.

Digər xəbərlər
28-05-2015, 21:31 36 xeyirli vərdiş

bütün xəbərlər
____ Instagram ___