Daha iki şəhidimiz dəfn olundu - Foto
Tarix: 09-04-2016 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Cəlilabad rayonunda şəhid doğulduğu torpağa tapşırııb.
Report xəbər verir ki, cəbhənin təmas xəttində düşmən hücumunun qarşısını alarkən Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini, 19 yaşlı Röyal İmran oğlu Nəsirov Tərtərin Qapanlı kəndində şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilib.
Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin komandir və əsgər yoldaşları, yüzlərlə cəlilabadlı iştirak edib. Şəhid Röyal Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Milli Ordusunun şəhid olan əsgəri 1996-cı il təvəllüdlü Bağırzadə Firdovsi Əliş oğlu bu gün doğulduğu Masallı rayonunun Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidimizin yaxınlarına səbir diləyib, "Torpağı Vətən edən şəhidlərin qanıdır!" deyə bildiriblər. Onlar Silahlı Qüvvələrimizin son uğurlarını qeyd edərək Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını söyləyiblər.
Şəhid torpağa tapşırıldıqdan sonra havaya yaylım atəşi açılıb. Tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olunub.
Allah hər iki şəhidə rəhmət eləsin!
Xəbəri paylaş
7928 dəfə oxunub.
Digər xəbərlər

11-11-2016, 11:03
Pop dünyasının nəhəng siması öldü
13-06-2017, 22:47
Azərbaycan gözəlinin bu şəkilləri qalmaqal yaratdı - FOTOLENT
24-06-2022, 23:07
Könül Kərimovanın həyat yoldaşı GÖRÜN KİM İMİŞ - FOTOLAR
15-02-2016, 16:44
Türkiyədə sərhəd bölgəsində yerləşən polis mərkəzinə hücum olub
8-03-2016, 14:39
Prezidentin yeni kürəkəni kimdir? — FOTOLAR
17-07-2015, 19:52
İŞİD-dan ABŞ-a qandonduran hədə (VİDEO)
15-10-2015, 01:11
Sevişmək üçün uyğun vaxtlar...
27-01-2017, 20:56
Nəvəyə baxan nənələrə dövlət pul ödəyəcək
10-06-2017, 19:26
Orucluq zamanı qidalandırıcı iynələr vurmaq və sistem keçirmək olarmı?
13-11-2016, 13:29
İŞİD İraqda bu üsula da əl atdı - Foto