Dövlət Komitəsinin sədri İsveçə səfər edəcək
Tarix: 08-04-2016 | Saat: 12:52
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə rəsmi səfər edəcək.
Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.
İsveçdə yerləşən “Beynəlxalq Həyat Sözü” Təşkilatının dəvəti ilə aprelin 11-dən 14-dək davam edəcək səfər çərçivəsində M.Qurbanlı Stokholm və Uppsala şəhərlərində görüşlər keçirəcək. Həmçinin, səfər proqramına uyğun olaraq İsveçin nüfuzlu Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun təşkilatçılığı ilə ölkəmizin tolerantlıq ənənələri, multikulturalizm modelinin təbliği, iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsi, qlobal aktuallıq kəsb edən miqrant axını, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və son günlər işğalçı Ermənistan tərəfindən qoşunların təmas xəttində Azərbaycana qarşı törədilən növbəti silahlı təxribat, ölkəmiz tərəfindən görülən cavab tədbirləri, eləcə də regiona aid maraq kəsb edən digər məsələlərlə bağlı dəyirmi masa təşkil ediləcək.
Səfər zamanı Komitə sədrinin İsveç Riksdaqının (Parlament) üzvləri, rəsmi şəxslər, o cümlədən mətbuat nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Xəbəri paylaş
5938 dəfə oxunub.
Digər xəbərlər

14-04-2017, 16:24
Azərbaycandan Bodruma birbaşa aviareyslər açılır
20-04-2018, 11:42
Şenol Günəşin başını yardılar, derbi yarımçıq dayandırldı
14-02-2019, 15:46
Əfv Məsələləri Komissiyası bu gün növbəti iclasa toplaşır
16-02-2017, 15:38
Nadir Qafarzadəni kimlər ağlatdı? - VİDEO
27-08-2015, 12:03
İstanbulda 15 satıcını döyən irlandiyalı turist danışdı – VİDEO
9-02-2018, 11:45
2 Türk əsgəri şəhid edən qadın terrorçuların - GÖRÜNTÜLƏRİ
9-07-2016, 17:11
“Qızıl top”a namizədlər açıqlandı
21-04-2016, 14:01
100 yeni təcili yardım avtomobili gətirilib
30-05-2017, 14:32
Totti qərar verdi: Karyeramı bitirmirəm
8-06-2023, 12:23
Kişilər qadınlardan nə istəyir? - Əsas amillər