Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kardaşyan bacardığı işlə məşğul olsun” - Azərbaycanın ABŞ-dakı səfiri
Tarix: 07-04-2016 | Saat: 18:46
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Kardaşyan bacardığı işlə məşğul olsun” - Azərbaycanın ABŞ-dakı səfiri

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan Kim Kardaşyanın Qarabağ münaqişəsi ilə bağlı sosial şəbəkələrdə yaydığı fotoya şərh bildirməsini istəyiblər.

Avropa.info xəbər verir ki, “Foreign Policy” jurnalına şərh verən səfir bildirib ki, Kardaşyanın qeydləri yersizdir.

Süleymanovun fikrinə görə Kardaşyan siyasi mövzuda post yerləşdirməli idi. Belə ki, o, bu məsələdə məlumatsızdır. Elin Süleymanov əmin olaraq deyib ki, “müharibə və sülh sualları bir realiti-şou ulduzunun səviyyəsi üçün kifayət qədər ciddi məsələdir”.

“Şəxsən məndən çox pis realiti-şou ulduzu çıxardı, ona görə də mənə yad olan mövzulara girməməyə çalışıram.

Kardaşyanın hərbi və siyasi analitik olması barəsində əmin deyiləm. Bacardığımız işlə məşğul olmalıyıq” – Süleymanov belə deyib.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___