Ermənistan parlamentində “DQR”-in müstəqilliyinn tanınması məsələsi qaldırıldı
Tarix: 04-04-2016 | Saat: 13:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün toplaşan Ermənistan parlamenti Qarabağ cəbhəsində baş verənləri müzakirə edib. Azərbaycan ordusu tərəfindən məhv edilmiş erməni hərbçiləri bir dəqiqəlik sükutla yad ediləndən sonra davam edən müzakirələrdə baş verənlərə görə Azərbaycan ittiham olunub.
Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, vitse-spiker Eduard Şarmazanov ölənlər arasında hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də olduğunu iddia edib.
Müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü Qrant Baqratyan isə parlamentdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” tanınması barədə məsələ qaldırıb. “Mən hesab edirəm ki, indi "DQR"-in müstəqilliyinin tanınması məsələsinə baxmağımzın əsl vaxtıdır” - o, iddia edib.
Vitse-spiker E.Şarmazanov cavabında deyib ki, hazırda prezidentin tapşırığı ilə Ermənistan və Dağlıq Qarabağ arasında hərbi yardım haqqında razılaşmanın əldə olunmasına hazırlıq gedir. “Bu işlərdən və danışıqlardan sonra biz bu məsələyə də baxa bilərik. Məsələləri növbə ilə həll edək”-deyə, erməni vitse-spiker əlavə edib.
Hələlik məsələyə Azərbaycan XİN-in münasibətini ala bilməmişik. Mövzuya qayıdacağıq.
Xəbəri paylaş
6498 dəfə oxunub.
Digər xəbərlər

14-04-2017, 20:33
Uşağın ölümünə səbəb olan polis İŞDƏN ÇIXARILDI
25-04-2015, 23:58
Polad Bülbüloğlunun anası vəfat etdi
23-03-2021, 00:52
Azərbaycanlı idmançıdan möhtəşəm qələbə - Mehman Məmmədov “Eagles FC” turnirinin kəmərini Azərbaycana gətirdi
18-10-2020, 11:12
Ermənilər bu istiqamətlərdən hücuma cəhd etdi - MN
15-11-2018, 10:47
Xərçəngi məhv edən İNANILMAZ KƏŞF - Türkiyəli alimlərdən UNİKAL ADDIM
26-11-2016, 18:59
Hər gün 1 bişmiş kartof YEYİN!
13-05-2016, 23:40
Siyasi partiyalarla bağlı mühüm dəyişiklik
10-02-2017, 17:04
Bakının məşhur bazarında alıcıları belə aldadırlar - VİDEO