Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
613 min manata satılan “Mercedes”in real qiyməti məlum oldu
Tarix: 01-04-2016 | Saat: 17:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

613 min manata satılan “Mercedes”in real qiyməti məlum oldu
“Avtomobilləri rəsmi satış mərkəzindən almaq daha sərfəlidir”.

Azərbaycanda 613 min manata satılan “Mercedes S65 AMG” model avtomobilin real qiyməti bəlli olub.

Xatırladaq ki, dünən veridiyimiz məlumata görə, Turbo.az saytında yer alan elanda “Mercedes S65 AMG” markalı avtomobil 613 min manata təklif olunur. 2016-cı il istehsalı olan qara rəngli bu avtomobilin 6000 kubsantimetr həcmində, 630 at gücündə mühərriki var.

Öz növbəsində, “Mercedes” avtomobillərin Azərbaycandakı rəsmi dileri “AutoStar Kaukasus” şirkəti avtomobilin qiyməti ilə bağlı Oxu.Az-a bəzi faktları açıqlayıb.

Şirkətdən verilən məlumata görə, hazırda eyni komplektasiyalı avtomobili “AutoStar Kaukasus” şirkətində ƏDV daxil 480 min manata sifariş etmək mümkündür.

Qeyd olunur ki, 613 min manat həmin avtomobilin qeyri-rəsmi satış qiymətidir və bu tip avtomobili əldə etmək istəyən müştəri “AutoStar Kaukasus” şirkətinə müraciət edərək nə az, nə çox, düz 133 min manat qənaət etmiş olar.

“Bunu nəzərə alaraq vətəndaşlara bir daha çağırış edirik - Avtomobilləri qeyri-rəsmi satış mərkəzlərindən alıb aldanmasınlar. Hazırkı qiymət fərqi bir daha onu göstərir ki, müştərilərə avtomobilləri rəsmi satış mərkəzindən almaq daha sərfəlidir”.


Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___