Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qulu Məhərrəmlinin məhkəməsi başladı
Tarix: 01-04-2016 | Saat: 14:30
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qulu Məhərrəmlinin məhkəməsi başladı
Bu gün Yasamal Rayon Məhkəməsində AzTv sədri Arif Alışanovun media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsinə baxılııb.

İttiham olunan şəxsin vəkil Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müdiifə tərəfi Arif Alışanovun şəxsən məhkəməyə gəlməsi haqda vəsatət verib. Hakim bildirib ki A. Alışanova çağırış məktubu göndəriləcək. Hakim buna görə işin baxışa qəbul edilmədiyini deyib.

Məhkəmə prosesi 1 həftədən çox olmayaraq qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

Qeyd edək ki, Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib.

Xatırladaq ki, Arif Alışanov Qulu Məhərrəmliyə cinayət işi açılması ilə kifayətlənməyib. O, Qulu Məhərrəmlidən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədri ərizəsində bu pulu Körpələr Evinə verəcəyini göstərib. Nəsimi Rayon Məhkəməsindən işlə bağlı hakim E.Hümbətovun sədrliyi ilə hazırlıq iclasının keçirildiyi bildirilib.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___