Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda müəmmalı gurultu: binalar titrədi
Tarix: 27-03-2016 | Saat: 17:26
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda müəmmalı gurultu: binalar titrədi

Bu gün saat 12:00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib. Məlumata görə, həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib. Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.

Bakıda müəmmalı gurultu: binalar titrədi

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirdi ki, o da məsələdən xəbərdardır: "Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi".

Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış, yaxud hər hansı bənzər hadisə barədə "qaynar xətt"ə heç bir çağırışın daxil olmadığını bildirdilər.


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___