Gəncədə sürücünün özünü yandırmasının - TƏFƏRRÜATLARI
Tarix: 25-03-2016 | Saat: 15:20
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Sürücü “dayanma, keçmə qadağandır” yol nişanının tələbini pozub.
Gəncə şəhərində sürücünün özünü yandırması faktının təfərrüatları açıqlanıb.
Gəncə şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, martın 24-də Göygöl rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədəliyev Nəzər Tofiq oğlunun özünü yandırması faktına görə Gəncə şəhər Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, martın 24-də saat 21:30 radələrində N. Məmmədəliyev idarə etdiyi “VAZ-2102” markalı 22 BB 116 dövlət qeydiyyat nişanlı avtomobili ilə “dayanma, keçmə qadağandır” yol nişanının tələbini pozduğuna görə Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
N. Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilib.
Müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilib və idarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılıb.
Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşıb və avtomobilin salonundan plastik qabda olan yandırıcı məhlulu götürüb və üzərinə tökərək özünü yandırıb. Orada olan polis əməkdaşlarının səyi ilə dərhal yanğın söndürülüb və N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

29-08-2017, 20:52
Taleyimizi müəyyən edən QARAÇI FALI - BÜRCLƏR
26-04-2016, 15:01
Uşaqları internetdə necə qoruyaq? - ARAŞDIRMA
29-06-2017, 15:49
Prezident icra başçısı haqda sərəncam verdi
4-05-2021, 20:44
“AZAL-ın problemləri azalmır” - NARAZILIQ
13-04-2016, 14:48
Müsəlman miqrantlar kütəvi şəkildə dinini dəyişir
10-05-2016, 04:51
2009-cu ildən Şimali Koreyaya girə bilmirik - MAQATE
4-04-2015, 19:13
Bu saat nə qədər ömrünüzün qaldığını göstərir
27-12-2021, 11:01
İnstagram-da super dələduz peyda olub? - 400-500 manata dua oxuyur, minlərlə insanı aldadır - FOTO
1-01-2018, 13:37
Azərbaycana gətirilən maşınların rüsumu artdı
20-09-2022, 11:18
Havada toz dumanı müşahidə edilir