Türkiyədə növbəti terror aktı: 3 ölü, 24 yaralı (VİDEO)
Tarix: 25-03-2016 | Saat: 12:08
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
Türkiyənin Diyarbakır şəhərində terror aktı törədilib.
"Xəbəraz.az "-in məlumatına görə, Diyarbakırın Lice mahalında terrorçular tərəfindən bombalı avtomobillə jandarmaya hücum təşkil edilib. Bombanın partlaması nəticəsində 3 əsgər şəhid olub, 24 əsgər də yaralanıb.
Əldə edilən məlumata görə hadisə Diyarbakır-Bingöl yolu üzərində yerləşən jandarmada qeydə alınıb. Yerli vaxtla saat 21:15-də terroristlər bombalı avtomobili jandarmanın binası qarşısında işə salıb. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma başlayıb. Təxminən 15 dəqiqə davam edən qarşıdurmadan sonra terrorçular gecənin də qaranlığından faydalanaraq qaçıb.
Hücum zamanı jandarma binasına böyük ziyan dəyib. Hadisə yerinə çox sayda təcili yardım, xilasetmə dəstələri cəlb edilib. Hadisə zamanı yaralananlar əraziyə gələn təcili yardım maşınları ilə Diyarbakır xəstəxanasına aparılıb.
Xəbəri paylaş
5758 dəfə oxunub.
Digər xəbərlər

7-05-2016, 16:55
Türkiyə ordusu PKK-nın bir nömrəli ismini məhv etdi
24-03-2019, 13:52
İngiltərə klubunun 9 xalı silindi
9-05-2018, 20:00
15 yaşlı qıza təcavüz edildi - Sumqayıtda şok hadisə
17-02-2016, 15:50
Timoşenko hakimiyyətə qarşı müxalifətə keçdi
30-07-2015, 19:52
Masallıda striptiz klubları peyda olub
2-05-2016, 13:21
Nazarbayev Qazaxıstanda etiraz dalğasına münasibət bildirdi
1-10-2016, 20:24
Erməni girovluğunda olan Şahbaz Quliyevdən xəbər var - VİDEO
17-04-2016, 20:24
Qaya parçaları düşməsi nəticəsində Xınalığa gedən yol bağlanıb
5-08-2017, 10:45
Türkmənistan prezidenti Azərbaycana gəlir