Avtobus sürücüsü iş yoldaşını qətlə yetirib - FOTO
Tarix: 24-03-2016 | Saat: 10:52
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Cinayət işi başlanılıb.
Bakıda avtobus sürücüsü iş yoldaşını qətlə yetirib.
"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib.
4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb.
İlkin ehtimala görə, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bir bıçaq zərbəsi alan Zülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan istintaq tədbirlərindən sonra məlum olacaq. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
4 saylı marşrut xəttinin daşıyıcısı “Çinar Trans” MMC-nin nümayəndəsi Zamin Sadıqov APA-ya bildirib ki, şirkət sürücülər arasındakı qanlı münaqişənin səbəblərindən məlumatsızdır. Şirkət nümayəndəsinin sözlərinə görə, qətlə yetirilən Zülfüqar Əzizli 4 saylı marşrut xəttində işə 2-3 gün əvvəl başlayıbmış.
“Aralarında mübahisə yaranıb. Məmməd Zülfüqarı bıçaqlayıb. Hadisədən sonra onun özü iş yoldaşını xəstəxanaya çatdırmağa çalışıb. Lakin yolda dünyasını dəyişib. Məmməd Məmmədov özü polisə gedərək, təslim olub”, - deyə şirkət nümayəndəsi bildirib.
Xəbəri paylaş
6618 dəfə oxunub.
Digər xəbərlər

22-12-2015, 16:25
Jurnalist Rasim Əliyevin döyülmə anı (VİDEO)
4-08-2021, 11:28
Lənkəranda "patı" satan qadın və 5 nəfər saxlanıldı
3-12-2018, 13:41
Gülay Kamili instaqramda niyə izləmir?-Açıqlama
1-08-2019, 21:51
Qulağı kəsilən şəxs ölüm ayağındadır - Səhiyyə Nazirliyi
13-01-2017, 13:09
12 dərəcə isti, yağış - Proqnoz
12-03-2019, 15:36
Azərbaycanlı idmançı Nurlanənin MÜƏMMALI ÖLÜMÜ: İntihar edib?
11-06-2015, 18:20
Putin və Ərdoğan Bakıda mühüm görüş keçirəcəklər
29-09-2015, 14:47
Xədicə İsmayılovanın apelyasiya şikayəti təmin olunmadı
11-09-2016, 11:18
Azərbaycanlı ailənin FACİƏSİ: qadın Antalyada, əri isə Konyada öldü
10-11-2023, 16:57
“Müğənni ilə şəkil çəkdirmək üçün qonorar verməlisiniz” - FOTO