Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təzə paltarları geyinmədən öncə mütləq yuyun - İnanılmaz təhlükə!
Tarix: 24-03-2016 | Saat: 09:45
Bölmə:Karusel / Qadınlar / Səhiyyə / M2 | çapa göndər

Təzə paltarları geyinmədən öncə mütləq yuyun - İnanılmaz təhlükə!


Kolumbiya Universiteti Tibb mərkəzinin professoru dermatoloq Donald Belsito dükanlardan və s. yerlərdən alınmış təzə paltarı evə gətirən kimi dərhal yumağı tövsiyə edir.
"Xəbəraz.az " saglamolun.az-a istinadən bildirir ki, təzə paltarlara gözəl, ütülənmiş görünüş vermək üçün xüsusi kimyəvi maddələr istifadə olunur ki, bu maddələr səpgilərə, qaşınmaya və digər allergik reaksiyalara səbəb ola bilər.

Dermatitlərin müalicəsi ilə məşğul olan professorun sözlərinə görə, formaldegid qətranı xüsusilə təhlükəlidir. Bu maddə təzə paltarlarda olan büküşləri açmaq və paltarları kifdən qorumaq üçün istifadə olunur. Bu maddə də dərinin qıcıqlanmasına və allergik reaksiyalara səbəb olur. Bəzi mütəxəssislər bu maddəni kanserogen (xərçəng əmələ gətirən) hesab edirlər.

Parçaların boyanması üçün istifadə olunan boyalar da təhlükə mənbəyi sayılır. Bir çox sintetik parçalar azo-anilin boyalarla boyanır ki, bu boyalar allergiyadan əziyyət çəkən insanlarda kəskin allergik reaksiyalara səbəb ola bilər.

Bu səbəbdən mütəxəssislər belə parçalardan hazırlanmış paltarları zərərsizləşdirmək üçün aldıqdan sonra bir dəfə deyil, hətta 2 dəfə yumağı tövsiyə edirlər.

Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, dükanlarda satılan paltarlarda bakteriyalar, mikroblar və hətta həşəratlar və onların yumurtaları ola bilər.

Beləliklə, dükandan alınan istənilən paltarı geyinmədən öncə mütləq yumaq lazımdır.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
17-12-2016, 12:35 Sabahın HAVASI: Qar gəlir

bütün xəbərlər
____ Instagram ___