Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident hamilə qadını yanan maşının içərisindən çıxardı
Tarix: 23-03-2016 | Saat: 14:51
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Prezident hamilə qadını yanan maşının içərisindən çıxardı


Gürcüstan prezidenti Georqi Marqvelaşvili yolda yanan maşının içərisində olan hamilə qadını xilas edib.

"Xəbəraz.az " qafqazinfo-ya istinadən bildirir ki, bu barədə hadisənin şahidi olan rejissor Qiqi Kitiya "Facebook"da yazıb.

"Mən dəhşətli qəzanın şahidi oldum. Hamilə qadının idarə etdiyi maşın yanacaqdoldurma stansiyasına yaxın ərazidə digər avtomobillə toqquşdu, nəticədə maşın yanmağa başladı. Hamilə qadını avtomobildən xilas etməyə çalışan isə prezident oldu. O, öz təhlükəsizliyini düşünmədən maşınındakı yanğınsöndürən alətindən istifadə etməyə çalışdı. Daha sonra ətrafdakıların köməyilə qadın huşsuz vəziyyətdə avtomobildən çıxarıldı. Mən baş verənləri lentə aldım, lakin görüntüləri yaymaq hüququm olmadığın düşündüm", - Kitiya bildirib.

Onun sözlərinə görə, insidentin görüntüləri yaxın zamanlarda telekanallardan birində yayımlanacaq.

Qeyd edək ki, xəbəri prezidentin mətbuat xidməti və mühafizə xidməti təsdiqəyib.


Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___