Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AFFA-dan SƏRT CƏZA: azərbaycanlı futbolçuya 1 illik qadağa
Tarix: 22-03-2016 | Saat: 18:50
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

 AFFA-dan SƏRT CƏZA: azərbaycanlı futbolçuya 1 illik qadağa

AFFA İntizam Komitəsi (İK) I Divizionun XVIII turunun “Şahdağ” – “Ağsu” oyununda baş verən hadisələrə hüquqi qiymət verib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, İK hər iki kluba cəza yağdırıb.

Qarşılaşmanın 83-cü dəqiqəsində hakim "Ağsu"nun qapısına 11 metrlik zərbə təyin edib və Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıb. Cəzalanan futbolçu meydanı tərk etməmiş hakim rəqib komandaya zərbəni vurmağa icazə verib və və zərbə qolla nəticələnib.

Bundan sonra "Ağsu"nun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, o isə öz növbəsində zərbənin yenidən vurulması qərarını qəbul edib. "Şahdağ"ın oyunçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və "Ağsu"nun üzvü Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinib. "Şahdağ"lı Şıxqayıb Şıxqayıbov isə ona hücum edərək azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç isə sona kimi oynanılıb.

İK oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib;
- "Şahdağ"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunub.
- 83-cü dəqiqədə "Ağsu"lu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
- Görüşün 87-ci dəqiqəsində "Ağsu"nun futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilib.
- "Şahdağ"ın oyunçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.
- "Ağsu"nun inzibatçısı Ənvər Hacıyev (oyunun hakimi səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazıb) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.
- Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə, meydan sahibi 500 manat cərimə olunub.
- PFL baş vermiş hadisə ilə bağlı görüşdə təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.
- Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat versin.


Xəbəri paylaş

7788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___