Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sosial yardım ala bilməyən Astara sakini özünü yandırdı
Tarix: 17-03-2016 | Saat: 09:29
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sosial yardım ala bilməyən Astara sakini özünü yandırdı
Martın 16-da saat 18 00 radələrində Astara rayon sakni Natiq İmanəddin oğlu Xurşudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin yerli şöbəsinin qarşısında özünü yandırıb.

"Xəbəraz.az "-in məlumatına görə, bu barədə Azadlıq Radiosunun müxbiri xəbər verib. Məlumata görə, intihara cəhd edən şəxs özünü yandırmasını ünvanlı sosial yardım ala bilməməsi ilə izah edib. Deyilənlərə görə, Natiq Xurşudov idarəyə baş çəkib, ona sosial yardımın verilməməsinin səbəbini öyrənmək istəyib. Adının çəkilməsini istəməyən rayon sakinlərinin deməsinə görə, o, idarədən bikef çıxaraq benzin içib.

Sonra benzini üstünə səpib və özünü yandırıb. Yaxınlıqdakı adamlar alovu söndürə biliblər. Çağırışa gələn təcili yardım maşını onu rayon mərkəzi xəstəxanasına aparıb. Ancaq xəstəxanadan Natiq Xurşudovun səhhəti ilə bağlı məlumat verilməyib. Olaya, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin də münasibətini öyrənmək mümkün olmayıb.


Xəbəri paylaş

7618 dəfə oxunub.

Digər xəbərlər
14-12-2016, 14:04 Dollar 97 faiz qalxacaq

bütün xəbərlər
____ Instagram ___