Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oynaqları sağlam saxlamaq üçün BUNLARI EDİN
Tarix: 17-03-2016 | Saat: 09:15
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Oynaqları sağlam saxlamaq üçün BUNLARI EDİN


Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub.
"Xəbəraz.az " "Herba Flora" jurnalına istinadən bildirir ki, quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar - əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir.

Oynaqların sağlamlığını və normal hərəkətini təmin etmək üçün bəzi qidalardan istifadə etmək daha faydalıdır.

Faydalı məhsullar

- Yağsız qırmızı ət, dil və yumurta orqanzimdən artıq fosforu xaric edən dəmirlə zəngindir.

- Yaşıl tərəvəzlər, ərik, kişmiş, xurma, qara gavalı qurusu, kəpək, qarabaşaq balı maqneziumla zəngin olduğuna görə oynaqların sinir təchizatını təmin edir.

- Balıq və dəniz məhsullarının tərkibində olan üzvi fosfor oynaqların əsas struktur elementidir.

- Süd, kəsmik və pendirin tərkibində faydalı yağlar və üzvi kalsium çoxdur. Həmin məhsullar qeyri-üzvi kalsiumdan fərqli olaraq daşlar şəklində çöküntü vermir, sümük toxumasının və orqanizmin elektrolit balansının tənzimində əsas rol oynayır.

- Dəniz kələmi, qığırdaq və jelatindən hazırlanan qatı bulyonlar və xaş mukopolisaxaridlərlə zəngindir. Mukopolisaxaridlər sinovial mayenin əsasını təşkil edir və oynaqların normal hərəkətini təmin edir.

- Balıq qaraciyəri, kərə yağı və yumurta sarısı kalsiumun sümüklərə keçməsini təmin edən D vitamini ilə zəngindir.

- Siyənək balığı və zeytun yağı oynaqlara iltihab əleyhinə təsir göstərən F vitamininin mənbəyidir.

- Sitruslar, itburnu və qarağat oynaqların qidalanmasını yaxşılaşdıran C vitamini ilə zəngindir.

Ümumi tövsiyyələr

- Oynaqların sağlamlığını qorumaq üçün marinad və duza qoyulmuş tərəvəzlərdən imtina etmək lazımdır. Qida məhsullarının vitaminlərini qorumaq üçün xörəyi emallı qazanda bişirmək, meyvə və giləmeyvələri qışa saxlamaq üçün qurutmaq və ya dondurmaq daha yaxşıdır. Həmçinin termiki işlənmə müddətini qısaltmaq da vitaminlərin parçalanmasının qarşısını alır.

Zərərli məhsullar

- Tərkibində qeyri-üzvi fosfatlar saxlayan məhsullara qazlı içkilər, ağ undan bişirilən çörək, qabartma tozu, krab çubuqları, əridilmiş pendir və dondurma daxildir. Həmin məhsulların daim yeyilməsi osteoporoz və oynaqlarda hərəkət məhdudiyyətinin daha erkən yaşda yaranmasına aparıb çıxarır.

- Marinə olunmuş və hisə verilmiş məhsulların tərkibində çox olan qeyri-üzvi duzlar oynaq kisəsini qıcıqlandırır, oynaqların iltihabına və deformasoyasına səbəb olur.

- Qara çay, şokolad, qəhvə, yağlı donuz əti, mərci, mal və qoyun qaraciyəri purinlərlə zəngindir, oynaq qığırdağının deformasıyasına və oynaq kisəsinin zədələnməsinə səbəb olur. Həmin məhsulların çox qəbul edilməsi podaqra xəstəliyinin kəskinləşməsi ilə nəticələnir.

- Turşəng, ispanaq və turpun tərkibində çox miqdarda turşəng turşusu olduğuna görə oynaqətrafı sinirləri zədələyir və oynaqların qan dövranını pozur.

Xalq təbabəti RESEPTİ

Emallı qazanda 300 ml suya 1 xörək qaşığı dəfnə yarpaqları əlavə olunur və ocağın üzərinə qoyulur. Qaynama dərəcəsinə çatandan sonra orta istilikdə 5 dəqiqə qaynadılır. Ocaqdan götürüləndən sonra qalın dəsmala bükülür və 3 saat dəmlənəndən sonra süzülür. Alınan dəmləmə gün ərzində kiçik qurtumlarla içilir.

Üç gün müalicə aparılandan sonra bir həftə fasilə verilir, sonra üç günlük müalicə kursu təkrar olunur.

Müalicə müddətində sidik ifrazı artır və xaric olan duzlar sidik yollarını qıcıqlandıra bilər. Müalicə prosedurunu ildə bir dəfə aparmaq məsləhətdir.


Xəbəri paylaş

8108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___