Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-in sirri açıldı - VİDEO - FOTO
Tarix: 10-03-2016 | Saat: 10:48
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

İŞİD-in sirri açıldı - VİDEO - FOTO


Britaniyanın Sky News telekanalı "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mənsubları ilə bağlı 22 min fayla yiyələnib.

Fayllarda terrorçuların ad və soyadları, telefon nömrələri, ev ünvanları, ailə üzvləri və qohumları barədə məlumatlar var.

Milli.Az bildirir ki, söhbət 51 ölkənin vətəndaşlarından gedir.

Fayllarda adları çəkilənlərin bir qismi artıq həlak olub.

Fəqət məlumatların dəyəri ondadır ki, həmin informasiyalar vasitəsilə İŞİD-in Avropa, Yaxın Şərq, Şimali Afrika, ABŞ və Kanadadakı mənsublarını aşkarlamaq olar.

Bəzi fayllarda isə "canlı bomba" proqramı əsasında təlim keçmiş "şəhid"lərlə bağlı məlumatlar var.

Faylların olduğu fləş-kartı Sky News-a Əbu Hamed adlı şəxs verib: o, məlumatları İŞİD-in daxili təhlükəsizlik sistemindən oğurlayıb.

"İŞİD-də məlumatlar və informasiyanın qorunması sistemini yaradırdım. Lakin oradakı başıpozuqluğu, yalanları, islam qaydalarına riayət olunmamasını görəndə İŞİD məni pərişan etdi", - Əbu Hamed deyib.

Onun sözlərinə görə, İŞİD-in özəyini İraqda mərhum prezident Səddam Hüseynin dönəmində iqtidarda olmuş BƏƏS partiyasının mənsubları təşkil edir.

Əbu Hamedin sözlərinə görə, Suriyada İŞİD-in kürdlərə və Bəşər Əsədə düşmən olması barədə deyilənlər yalandır: "Əslində İŞİD Suriya ordusu və ölkənin şimalındakı kürdlərin YPG təşkilatı ilə birlikdə müxalifətçilərə qarşı döyüşür".

Əbu Hamedin Sky News telekanalına verdiyi fləş-kartda İŞİD-in 22 min terroçrusu barədə müfəssəl məlumatlar var.

Maraqlı məqamlardan biri də İŞİD-ə qatılmaq istəyən şəxslərə təqdim olunan anketdir.

23 sualdan ibarət bu sorğu anketi doldurulmalıdır. Suallar arasında "Cihadçı olmaq istəyirsən, yoxsa şəhid?" də var. Bu sual İŞİD-ə qatılmaq istəyən şəxsin dəstələrdən birində vuruşmaq və ya "canlı bomba" olmaq niyyətinin dəqiqləşdirilməsini nəzərdə tutur.



Xəbəri paylaş

7918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___