Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamilə qalmağı asanlaşdıran 10 MƏSLƏHƏT
Tarix: 09-03-2016 | Saat: 19:27
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Hamilə qalmağı asanlaşdıran 10 MƏSLƏHƏT

35 və aşağı yaşı olan sağlam qadın nizamlı cinsi münasibət yaşayarsa, ilk altı ay ərzində hamilə qala bilər. Bəs ümumiyyətlə, hamilə qalmaq istəyən xanımlar nələrə diqqət etməlidirlər?

1. İlk növbədə kifayət qədər cinsi əlaqəyə girmək lazımdır. Spermanın ömrü 3-5 gün olduğu üçün, həftədə 3 dəfə cinsi münasibət vacibdir. Ən keyfiyyətli sperma istehsalını təmin etmək üçün isə gün aşırı cinsi əlaqədə olmaq lazımdır. Sperma sağlam, güclü və bol olduqda yumurtanı dölləmək yaxşı olur. Tərəf müqabiliniz bir neçə cəhdlə sizin hamilə qalmağınızı təmin edə bilər.

2. Araşdırmalar sübut edib ki, spirtli içkilər testosteron səviyyəsini və sperma sayını azaldır, anormal sperma miqdarını artırır. Buna görə də spirtli içki qəbulunu qadağan etmək lazımdır.

3. Tütün və asılılıq yaradan, eyforiya və əhval-ruhiyyə yaradan dərmanlar sperma funksiyalarında azalmaya səbəb olur.

4. Sink, fol turşusu, kalsium, C və D vitamini ilə zəngin olan qidalar güclü və sağlam spermaların yaranmasına köməkçi olur.

5. Spermalar testis (xayalar) tərəfindən istehsal olunur. Sauna, hamam və isti duş spermaların ölməsinə səbəb ola bilər. Buna görə də bədən çox isti ilə təmas halında olmamalıdır.

6. Hamilə qalmağın asan yollarından biri də yumurtlama zamanının hesablanmasıdır. Bu zamanı hesablamaq üçün menstruasiya dövrünü bilmək lazımdır. Hamilə qalma zamanı hər ay üçün yalnız 6 gündür. Bunlar yumurtlamadan 5 gün əvvəl və yumurtladığınız gündür. 28 gündən bir menstruasiya olan qadında yumurtlama menstruasiyanın başladığı gündən təxminən 12-14 gün sonra inkişaf edir. Yumurta yalnız bir gün yaşayır. Ovulyasiyadan 24 saat sonra döllənmə zamanınızı itirirsiniz. Araşdırmalar sübut edib ki, yumurtlamadan 6 gün əvvəl başlayan cinsi münasibətlər hamilə qalma şansını əhəmiyyətli dərəcədə artırır.

7. Yumurtlamanın izlənməsi bədən istiliyinin artımı (0.4-1 dərəcə), vaginal axıntıda artma və yumurtlama sıxlığı ilə edilə bilər. Menstruasiyası uzun fasilələrlə olan qadınlarda yumurtlama zamanının təsbit edilməsi çətin olur. Buna görə də menstruasiya bitdikdən sonra 21-24 gün sonrasına qədər günaşırı cinsi münasibətdə olmaq təklif edilir

8. Hamilə qalmağı asanlaşdıran bir başqa yol stressdən uzaq durmaqdır. Stress zamanı ifraz olunan bədən fermentləri qadınlarda hər ay hamilə qalma şansını 12 faiz azaldır. Stress yumurtlamağı təxirə salır.

9. Əgər doğuş həbi qəbul edirsinizsə, dayandıran kimi dərhal hamilə qala bilərsiniz.

10. Buradan belə nəticəyə gəlmək olar ki, sağlam qidalandıqda, siqaret və spirtli içki istifadə etmədikdə, stressdən uzaq olduqda hamiləlik şansınız yüksək olar. Daimi cinsi əlaqəylə cütlüklərin 10-dan 9-u bir il içərisində hamilə qalar. 35 və aşağı yaşda olanlar bir il, 35-dən yuxarı yaşı olanlar isə 6 ay nizamlı cinsi əlaqəyə baxmayaraq, hamilə qalmasalar, mütləq həkimə müraciət etməlidirlər.


Xəbəri paylaş

1 0318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___