Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə Azərbaycandan keçən tranzit yük daşınmalarını xeyli artırıb
Tarix: 09-03-2016 | Saat: 18:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Türkiyə Azərbaycandan keçən tranzit yük daşınmalarını xeyli artırıb
Xərclər 40% azalıb.

2016-cı ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiyaya 1582 yük avtomobili göndərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,3 dəfə çoxdur.

"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalının təqdimatında deyib.

S.Babayev qeyd edib ki, ötən ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili göndərilib:

“Azərbaycan ərazisi ilə yükdaşıma qaydalarının sadələşdirilməsi, xüsusilə də daşımalar üzrə xərclərin 40% azaldılması buna imkan yaratdı”.

Onun sözlərinə görə, neft və neft məhsullarının daşınması üzrə tariflərin yüksək həddi müəyyənləşdirildi ki, bu da yüklərin Azərbaycan ərazisi ilə istiqamətinin səmərəliliyini artırıb, ölkədə neft və neft məhsullarının daşınmasının artımını təmin edib.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___