Bakıda polis rəisini bıçaqlayan şəxs İnterpol xətti ilə axtarılır
Tarix: 09-03-2016 | Saat: 15:04
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Azərbaycanda polis rəisini bıçaqlayan şəxs beynəlxalq axtarışa verilib. APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı Xəyal Qəhrəmanov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
APA-nın əldə etdiyi məlumata görə, X. Qəhrəmanov Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyevi bıçaqlamaqda təqsirləndirilən dəstənin üzvüdür. 2015-ci ildə bir qrup şəxs polis rəisi Anar Şıxəliyev idarə etdiyi “Mercedes Galenvagen” markalı avtomobilə hücum edib. Beysbol çubuqları ilə maşını əzən şəxslər polis rəisinə bir bıçaq zərbəsi endirərək hadisə yerini tərk ediblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisə iştirakçıları - Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanov tutulub. Hazırda tutulan həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir neçə gün əvvəl keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Ələkbər Qəhrəmanovun 11 il, Ceyhun Niftəliyevin 8 il, Anar Əliyevin və Nurlan Həsənovun hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xəbəri paylaş
6518 dəfə oxunub.
Digər xəbərlər

9-11-2016, 13:59
Tramp ABŞ-ın 45-ci prezidenti oldu - YENİLƏNİB
11-03-2015, 22:32
Prezident hərbi qulluqçuları mükafatlandırdı - SİYAHIPrezident hərbi qulluqçuları mükafatlandırdı - SİYAHI
2-04-2016, 11:34
Kəndlərimiz atəşə tutuldu - Ata öldü, oğlu ayaqlarını itirdi
5-07-2017, 11:27
Cəbhədə vəziyyət necədir? - Nazirlik açıqladı
28-06-2015, 15:52
Prezidentin kürəkənindən Tahir İmanova təşəkkür
27-05-2015, 12:22
Oğlanlar problem yaşayacaq- çünki qızların sayı günü gündən azalır
22-06-2016, 15:23
Möhtəşəm qələbənin görüntüləri - Foto/Video
29-03-2016, 11:26
MƏKTƏBİ BİTİRƏ BİLMƏYƏNLƏRƏ ŞAD XƏBƏR